Neft və uranla zəngin olan Nigeriya uğrunda İngiltərə və
ABŞ ortaq plan hazırlayıb.
"Axar.az" xəbər verir ki, bu ölkələrin
kəşfiyyat təşkilatları SİA və Mİ-6-nın Nigeriyada xaos yaratmaq
üçün Boko Haramaya yardım etdiyi ortaya çıxıb.
Nigeriyada 200 məktəbli qızın Boko Haram tərəfindən qaçırılması
dünya gündəmində yer almaqda davam edir. İraqda yüz minlərlə qız
ABŞ tərəfindən öldürülür, Suriyada 100 min uşaq və qadın olmaq üzrə
200 min adam qətlə yetirilərkən, Əfqanıstan, Pakistan və Yəməndəki
hadisələrə səssiz qalan ABŞ və İngiltərə Nigeriyadakı hadisəni öz
məsələləri olaraq dünyaya elan edib.
ABŞ prezidenti Obama və həyat yoldaşı Mişel İngiltərə Baş naziri
Devid Kameron Nigeriyaya özəl əsgərlərini göndərib. Ancaq əslində
hadisənin qarışıq olduğu məlum olub. Amerika Mərkəzi Kəşfiyyat
Təşkilatının Boko Haramla birlikdə ölkədə xaos yaratmaq üçün
razılaşdığı bildirilir. Eyni zamanda da İngiltərə MI-6 təşkilatının
da Boko Haram və digər təşkilatlara silah və maddi yardım etdiyi
ortaya çıxıb.
Dünyada neft istehsalında ilk 10-luqda yer alan Nigeriyada gələn
gəlirlərin hara xərcləndiyi barədə məlumatlar da gizli
saxlanılır.