Yuxarı

700 uşağın beynini oğurlayıblar - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
700 uşağın beynini oğurlayıblar - Şok

Norveçdə məhkəmə tibbi ekspertləri son 30 ildə 700 uşağın beynini, ailələrinin icazəsi olmadan götürüblər.

Ölkənin ən yüksək tirajlı VG qəzetinin xəbərinə görə, məhkəmə tibbi ekspertləri təhlil etmək məqsədi ilə 3 yaşa qədər uşaqların orqanlarını ailələrindən icazə almadan mənimsəyiblər.

"Axar.az" xəbər verir ki, hadisənin üstünün açılmasından sonra həkimlər "əgər valideynlərdən istəsəydik, bu onlar üçün çox çətin seçim olardı", - deyərək özlərini müdafiə etməyə çalışıb.

VG qəzetinin jurnalistləri faktın üstünü aça bilmək üçün iki aydan artıq araşdırma aparıblar. Orqanları "icazəsiz götürən" həkimlər qrupunun rəhbəri professor Torleiv Ole Rognum faktı təsdiqləyib. O öz qrupunun fəaliyyətinə bəraət qazandırmaq üçün "əgər uşağını itirən ailələrin ağlaşmalarını eşitsəydiniz, bizi yaxşı başa düşərdiniz. Layihəyə başlayanda biz gündə 3 uşaq üzərində işləyirdik. Mən və qrupum ömrümüzü və gücümüzü uşaqların niyə öldüyünü öyrənə bilmək üçün sərf etmişik", - deyib.

Roqnum bu layihənin 1984-cü ildə ölkədə uşaq ölümünün qəfil artmasından sonra yarandığını deyib. Norveç Xalq Səhiyyə İnstitutunun direktoru Börn Maqne Eqqen 30 ildir davam edən layihə çərçivəsində orqanları alınan uşaqların valideynlərinə xəbər verilməməsi fikrini də təsdiqləyib. O, qeyd edib ki, yalnız qəfil ölən uşaqların orqanları götürülüb.

Qeyd edək ki, cəmiyyət mövzu ilə bağlı istintaqa başlanmasını istəyib.

Tarix
2014.05.22 / 05:50
Müəllif
Bəhruz Qaçayev
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla