Yuxarı

Misir: Belə vəhşilik cəzasız qalmamalıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir: Belə vəhşilik cəzasız qalmamalıdır

Misirin tanınmış ictimai-siyasi xadimi, ölkənin sabiq xarici işlər naziri, millət vəkili Məhəmməd Əl-Orabi Azərtac-ın müxbirinə müsahibəsində iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini qəsdən atəşə tutmasını, nəticədə biri uşaq olmaqla kəndin iki sakininin öldürülməsini qətiyyətlə pisləyib.

Axar.az xəbər verir ki, “Belə vəhşilik cəzasız qalmamalıdır”, - deyən millət vəkili bildirib ki, münaqişə ilə heç bir əlaqəsi olmayan günahsız dinc sakinlərin, xüsusilə də günahsız azyaşlı uşağın qətlə yetirilməsi xəbərini təəssüflə qarşılayıb. Mən Azərbaycan xalqına və həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

“Bu cinayətə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymət verilməlidir və belə vəhşiliklər bir daha təkrar olunmamalıdır. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını bir daha sübut edir. Son həftələr tez-tez rast gəlinən hərbi təsadüflərdən əlavə dinc əhalinin tələfatı ilə müşayiət olunan hərbi toqquşmaların sayının artması müşahidə olunur. Bu o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə ədalətli və təxirəsalınmaz şəkildə həll olunmalıdır”,- deyə Məhəmməd Əl-Orabi vurğulayıb.

O, müasir dünyada münaqişənin yaşlıları, qadınları, uşaqları vəhşicəsinə öldürməklə deyil, beynəlxalq hüquq və norma prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələr əsasında həll olunmasının zəruriliyini vurğulayıb.

Tarix
2017.07.07 / 01:17
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla