Yuxarı

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı...

Pulsuz hüquqi yardımın göstərilməsi üzrə xidmət haqqı və digər xərclər məlum olub.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çxıarılan “Pulsuz hüquqi yardım haqqında” haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli miqdarında, ilkin hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı isə göstərilən hər bir hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0,015 misli miqdarında müəyyən olunacaq. Pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı əlavə xərclər (dəftərxana, poçt, rabitə, nəqliyyat və digər xərclər) üçün müəyyən edilmiş xidmət haqqının üzərinə həmin haqqın 5 (beş) faizi həcmində əlavə ödəniləcək. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, habelə gecə vaxtı peşəkar hüquqi yardımın göstərilməsinə cəlb edilmiş vəkillərin xidmət haqqı hər iş saatı üçün müəyyən edilmiş məbləğin 2 misli miqdarında ödəniləcək, bu zaman əlavə xərclər üçün ödənilən əlavənin həcmi dəyişməz qalacaq.

Pulsuz hüquqi yardım göstərən şəxslərin xidmət haqqının və digər xərclərin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Pulsuz hüquqi yardım göstərmiş şəxslər hüquqi yardım göstərilməsi ilə bağlı xidmət haqqını və digər xərcləri dövlət büdcəsinin vəsaiti hesabına almaq üçün Vəkillər Kollegiyasına müraciət edəcəklər. Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi yardım göstərən şəxslərə ("pro bono" hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) hesabatlar əsasında pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı ödənişlər ediləcək.

Pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən göstərilən hər bir hüquqi xidmətə dair bütün sənədlər 2 (iki) il saxlanılmalıdır. Pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən rübdə 1 (bir) dəfə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq hazırlanmış hesabatlar Vəkillər Kollegiyasına təqdim olunacaq.

Vəkillər Kollegiyası tərəfindən hesabatlar ümumiləşdirilməklə növbəti il yanvarın 20-dən gec olmayaraq pulsuz hüquqi yardım göstərilən şəxslər, həmin yardımı göstərən şəxslər, göstərilən xidmətlər (o cümlədən "pro bono" hüquq xidmətləri), onlara görə ödənilmiş xidmət haqları və digər xərclər, habelə pulsuz hüquqi yardım göstərilməsi üçün təyin olunmuş şəxslərin dəyişdirilməsi və bunun səbəbləri, pulsuz hüquqi yardım almış şəxslərin şikayətləri və bununla bağlı görülmüş işlər barədə ümumiləşdirilmiş məlumatlar vəkil sirri qorunmaqla Vəkillər Kollegiyasının rəsmi internet informasiya ehtiyatında dərc ediləcək.

Tarix
2026.10.05 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla