Yuxarı

Moskva NATO ilə əlaqələri kəsir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva NATO ilə əlaqələri kəsir

Rusiya NATO-da təmsilçilik səviyyəsini aşağı salmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti informasiya yayıb. Xəbərdə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşkonun öz postundan getməsindən sonra belə bir addımın atılacağı iddia edilib.

NATO-nun istənilən hadisə zamanı Rusiya ilə konstruktiv danışıqlara getməməsi və Rusiyanı ittiham etmək meyli bu addımın atılmasına səbəb kimi göstərilib. Əgər Rusiya-NATO münasibətlərində müsbət məcrada irəliləyiş müşahidə edilməsə, Moskva Brüsseldə yalnız müvəqqəti təyin edilmiş nümayəndəsini saxlayacaq.

Qəzet Rusiya XİN-ə istinadən bildirib ki, rəsmi Moskva münasibətlərin yoluna qoyulmasına və konstruktiv həll yolları tapılmasına razıdır, lakin danışıqlar hər dəfə ittihama çevrildikdə bunun heç bir anlamı qalmır.

Xatırladaq ki, Rusiya-NATO münasibətləri 2014-cü ilin yazında Krımın Rusiya Federasiyasının tərkibinə qatılması və Rusiyanın Şərqi Ukraynadakı konfliktə müdaxiləsi ilə kəskin şəkildə pisləşib.

Tarix
2017.07.10 / 12:14
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla