Yuxarı

Rusiya silahlarını Suriyaya Türkiyə ötürüb - Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya silahlarını Suriyaya Türkiyə ötürüb - Hesabat

Rusiya və Ukrayna şirkətlərinin Suriyada Əsəd idarəsində olan Tartus, Lazkiyə və Banyas limanlarına göndərdiyi daşımaların 70 reysini Türkiyəyə məxsus 21 firma həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-da yerləşən C4ADS təşkilatı yayıb.

Yayılan hesabata görə, 2012-ci ilin yanvarı və 2013-cü ilin iyun ayları arasında Türkiyə dənizçilik şirkətinə aid gəmilər Ukraynanın Qara dənizə tökülən Buh çayı üzərindəki Oktyabrsk və Nikolayev limanlarından aldıqları yükləri Suriyada rejimin idarəsi altında olan Tartus, Lazkiyə və Banyas limanlarına aparıb. Türkiyə gəmilərinin bu müddətdə 70 səfər etdiyi bildirilir. Daşımaları Türkiyəyə məxsus 21 firma həyata keçirib.

Hesabatda Oktyabrsk və Nikolayev limanlarından daimi olaraq silah daşındığı bildirilsə də, Türkiyə şirkətlərinin silahların daşınmasını həyata keçirib-keçirmədiyi bilinmir. Çünki limanlarda silah daşınmasından əlavə həm də mal təhcizatı aparılır. Hesabatda səfərləri edən gəmilərin və şirkətlərin adları da çəkilir.

Tarix
2014.05.28 / 02:35
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla