Yuxarı

Kerri ABŞ-ı ifşa edən agenti vətənə çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kerri ABŞ-ı ifşa edən agenti vətənə çağırdı

"Əgər Amerikaya inanırsan, Amerika ədalətinə güvənməlisən".

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Con Kerri Amerika kəşfiyyatının sirlərini ifşa edən, Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə ünvanlayıb. Dövlət katibi Snoudeni mərd davranaraq ölkəsinə dönməyə çağırıb.

Kerri bu açıqlamanı Snoudenin NBC telekanalına verdiyi müsahibədən sonra verib. Snouden müsahibəsində ABŞ-ın onun pasportunu ləğv ediyinə görə Rusiyaya sığınmaq məcburiyyətində qaldığını bildirmişdi.

Con Kerri isə "Qaçmaq bir vətənpərvərə yaraşmaz. Əgər Snouden həqiqətən ABŞ-a gəlmək istəyirsə, onu elə bu gün təyyarəyə ilə gətirə bilərik", - deyə cavab verib.

Qeyd edək ki, 2013-cü il mayın 30-da ABŞ-dan qaçan Snouden Rusiyada müvəqqəti mühacir olaraq yaşayır. Snouden keçən il Milli Təhlükəsizlik Agentliyinin çox sayda gizli sənədlərini "Vaşinqton Post" və "Qardian" kimi qəzetlərə yaymışdı. Bu sənədlər MTA-nın ABŞ-da və dünyada milyonlarla insanların və dünya liderlərinin telefon danışıqlarını izlədiyini aşkara çıxarmışdı.

Tarix
2014.05.29 / 12:19
Müəllif
Elvin Mahmudov
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla