Yuxarı

Moskvada Kiyevə cavab hücumu hazırlanır - Yenilənib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:20

Bu gün axşam saatlarından başlayaraq, rəsmi Moskvanın yürütdüyü siyasətə etiraz əlaməti olaraq yüzlərlə ukraynalı fəal Rusiyanın Kiyevdəki səfirliyi önündə görünməmiş etiraz aksiyası keçirir.

Axar.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, gərginlik içərisində olan kütlə öncə səfirlik önündəki diplomatik korpusa malik avtomobilləri çevirərək, rus diplomatların ölkəni tezliklə tərk etmələrini tələb ediblər. Əks halda binanın yandırılmasını qaçılmaz sayırlar.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi məsələyə kəskin reaksiya verib və rus diplomatlarının təhlükəsizliyinin qorunması üçün rəsmi Kiyev qarşısında tələb qaldırıb.

Aksiyaçıları sakitləşdirmək isə hələlik mümkün olmayıb. Ukraynalı fəalların bu hiddətinə səbəb bu gün separatçılar tərəfindən ardıcil şəkildə həyata keçirilən terror aktlarıdır.

***

Rusiya mediasının məlumatına görə, ABŞ Rusiyanın Ukraynadakı səfirliyinə hücumları pisləyib və ümüdvar olduğunu bəyan edib ki, rəsmi Kiyev məsələnin həllinə səy göstərəcək.

***

Ukrayna mediası bu dəqiqələrdə Rusiya səfirliyinin dəmir qapılarının dağıdıldığı barədə məlumat yayıb. Bildirilir ki, 300 nəfərə qədər aksiyaçıya qarşı səfirliyin mühafizəçiləri əvvəlcə müqavimət göstərib, amma az sonra geri çəkilməyə məcbur olublar. Rusiyanın bayrağı ayaqlar altına atılıb, pəncərələr sındırılır...

***

Espero TV-nin məlumatına görə, aksiya iştirakçıları ölkənin şərqində separatçılara Moskva tərəfindən dəstəyə son qoyulmasını tələb edirlər. Bütün çağırışlara baxmayaraq, mitinq iştirakçıları səfirliyin binası önündən çəkilməyi düşünmürlər.

***

Xarici İşlər naziri Andrey Deşitça və Daxili İşlər naziri Arsen Avakov Rusiya səfirliyinin önünə gəliblər. "Ukrayna Nazirlər Kabineti mümkün olanı edir ki, vəziyyət stabilləşsin", - Nazirlər Kabinetinin mətbuat katibliyindən bildirilib.

***

Bu dəqiqələrdə Ukraynanın Moskvadakı səfirliyi gücləndirilmiş şəkildə mühafizə olunmağa başlayıb. OMON və digər mühafizə strukturu əməkdaşları diplomatik korpusun binasını mühasirəyə alıb. Bu barədə məlumat verən Aleksey Narışkin adlı jurmalist sosial şəbəkədə yazıb ki, rusların səfirliyə cavab hücumu gözlənilir.

Tarix
2014.06.15 / 01:44
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

Azərbaycanla sülh sazişi bu tarixdə imzalanacaq - Erməni KİV

Prezident gürcü naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla