Yuxarı

Axtarışda olan terrorçu İŞİD-ə qoşuldu – Video/Xəritə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axtarışda olan terrorçu İŞİD-ə qoşuldu – Video/Xəritə

CNN-in yaydığı gizli videoda İŞİD əsgərləri arasında axtarışda olan terrorçular görüntülənib.

Axar.az xəbər verir ki, CNN-in yaydığı gizli video-yazıda İraqın Mosul şəhərindəki həbsxanadan qaçan terrorçu görüntülənib. Kadrda da görünür ki, gənc oğlan insanları onlara qoşulmağa, onların qələbəsinə inanmağa səsləyir.

Bu görüntülərin CNN-in Beyrutda yerləşən mərkəzinin reportyoru Arva Damonun (Arwa Damon) çəkdiyi deyilir.

Əsl adı bilinməyən terrorçunun "Ra" ləqəbi ilə çağırıldığı bildirilir. Reportyorun sözlərinə görə, İŞİD-ə qoşulan keçmiş məhbusların sayı yüzlərlədir.

Bu arada terrorçular Suriya ilə sərhəddə olan mühüm strateji şəhərləri ələ keçiriblər. Əl-Qaim, Rava, Husayma və Ana kimi əraziləri ələ keçirən terrorçular buradan asanlıqla Suriya və Türkiyəyə hücum edə bilər.

ABŞ-ın İraqa göndərdiyi 300 hərbi məsləhətçi İraqın qonşuluğundakı Əmman şəhərindədir. Tezliklə onların Bağdadda olması gözlənilir.

Xatırladaq ki, son rəqəmlərə görə, 800 mindən artıq mosullu öz şəhərini tərk edib. Yüzlərlə iraq əsgəri öldürülüb.

Tarix
2014.06.22 / 20:00
Müəllif
Xəyal
Digər xəbərlər

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla