Yuxarı

ABŞ-dan Qüds qərarı barədə açıqlama istədik - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın İsrail səfirliyini köçürmək qərarı barədə açıqlama istəyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb. Lavrovun sözlərinə görə, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarı Yaxın Şərqdə iki dövlətin – Fələstin və İsrailin yaranması məsələsinin üstündən xətt çəkə bilər.

“Biz səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarın hansı anlamı olduğunu açıqlamalarını və BMT-nin himayəsi altında görülən səylər üçün bu addımların hansı nəticələri olacağını izah etmələrini istədik. Suallar çox olsa da, biz həm ərəb ölkələrinin, həm müsəlman dünyasının, həm İslam Əməkdaşlıq Təşkilatının ehtiyatlandığı mövzulara diqqət çəkmək istədik”, - Lavrov deyib.

Lavrov həmçinin tərəflərin ABŞ-ın yanaşma tərzini müəyyənləşdirmək üçün mütəxəssislər vasitəsilə təmasları davam etdirməyin qərara alındığını bildirib.

Tarix
2017.12.08 / 01:13
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla