Ukraynaya gəlişim burada xalq etirazlarının başladığı
günlərə təsadüf etdi. İlk günlər Kiyevin mərkəzində yerləşən
Maydana çıxmış 100-150 nəfər etirazçının gün boyu davam edən
aksiyası tədricən yüzlərin toplandığı mitinqə çevrilməyə
başladı.
Sanki sehrli bir əl hər ötən gün daha çox insanı meydana
doldururdu. Hətta davamlı leysan yağışın olmasına baxmayaraq,
meydan boşalmadı.
İlk baxışdan adama elə gələ bilərdi ki, bir neçə yüz nəfərlik
etirazçı bir azdan danışıb-yorulub dağılışacaq. Ancaq belə olmadı.
Dünəndən başlayaraq mitinqlərdə iştirak edən insanların sayı pik
həddə çatdı. Ölkənin regionları da daxil olmaqla, hər yerdən
onminlərlə ukraynalı Kiyevin baş meydanı sayılan Maydanı və onunla
qonşu olan Avropa meydanını insan seli ilə doldurdu. Maydandan
Avropa meydanına başlayan yürüşdə iştirakçıların sayı o qədər çox
oldu ki, iki meydan insan seli ilə birləşdi.
Diqqəti çəkən məqamlardan bir də mtinqə çıxan çoxsaylı siyasi və
ictima təşkilatların öz bayraqlarını götürməməsi idi. Meydanda
Ukraynanın və AB-nin bayaraqları dalğalanırdı. Ən mühüm məqamlardan
biri də böyük izdihamın yüksək səviyyədə idarə olunması idi.
Çoxsaylı səyyar xidmət maşınlarından soyuq havada mitinqçilərə çay,
kofe verilirdi. Axşamsa meydanı tərk etməmək üçün çadırlar
qurulurdu.
Açıq şəkidə hiss olunurdu ki, mitiqin texniki təşkilati işləri
üçün böyük maliyyə resursaları sərf olunur. Ən qəribəsi də bidir
ki, burda ən kiçik qeyri-adi hərəkət həmin dəqiqə nəzarətə
götürülür, insanların təhlükəsizliyini elə mitiqçilərin özləri
təmin edir. Çünki polis meydanlarda gözə dəymir. Ancaq uzaq
məsafədə polisləri görmək mümkündür.
Bu gün bazar günü olduğundan ölkənin hər yerindən insanlar
Kiyevə axışmışdı və burda insanların sayı yüz mindən artıq
olardı.
Ən vacib amil və diqqətimi cəlb edən hal o oldu ki, mitinqə
gələnlər sadəcə orda durmaqla qalmır, diqqətlə deyilənlərə,
çıxışlara qulaq asır və çıxışlara yüksək emosional dəstək nümayiş
etdirirdilər. Mitinqdə topa-topa durub öz aralarında söhbət edən,
danışan bir adama belə rast gəlmədim. Mitinqdə insanlarla söhbət
etdikdə bəlli olur ki, hər kəs ölkəsində nə baş veridyindən
xəbərdardır və iqtidarın onun iradəsini nəzərə almadan qərar
verməsi ilə razılaşmaq istəmir.
Adamlar çox əminliklə söyləyirdilər ki, hakimiyyət öz istədiyi
qərarı verə bilməz, onların istəyi, arzusu əsas götürülməlidir və
hökumətin də işi onların rəyini nəzərə almaq olmalıdr. Onlar artıq
Rusiyanın diktəsi ilə yaşamaq, hər hansı ölkənin maraqlarının öz
istəklərinin fövqünə qaldırılması ilə barışmaq istəmirlər.
Axsam saatlarına yaxın isə insanlar Nazirlə Kabinetinin binasına
doğru yürüş etdilər. Bu zaman meydandan uzaqda yerləşmiş polis
dəstələri Nazirlər Kabinetinin girişində kardon qurdular.
İnsanların binaya girmək üçün göstərdikləri səylərə qarşı polis
onların qarşısını kəsməklə reaksiya verdi. O gərgin anlarda polis
mitinqçilərə müdaxilə etmədi, yalnız binanı mühafizə etməklə
kifayətləndi.
Bir neçə dəfə, polislərin üzərinə kütlənin təzyiqi artanda
havaya tüstü bombası atıldı. Bundan qəzəblənən kütlənin "rədd ol,
polis özünü biyabır etmə" şüarlarından sonra polis binanın giriş
qapılarına doğru geri çəkildi və nəticədə mitinqçilər binanın giriş
qapıları qarşısındakı daxili meydançanı da nəzarətə götürdülər.
Qəzəblənmiş insanlar davamlı olaraq Baş naziri və hökuməti
istefaya çağırırdılar. Axşam düşürdü, insanlar dağılmırdı, daha
sonra alınan qərara uyğun olaraq insanlar Maydan və Avropa
meydanında, eyni zamanda, Nazirlər Kabinetinin qarşısında qalmaq
üçün 3 hissəyə bölündülər.
Belə görünür ki, Ukrayna xalqı öz qərarında qətidir: onlar
Rusiyanı deyil, Avropanı seçir və deyəsən, kimsə buna əngəl ola
bilməyəcək!
(Maydandan
eksklüziv fotolar BURADA)