Yuxarı

Çin mətbuatından Yaponiyaya təxribat - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin mətbuatından Yaponiyaya təxribat - Foto

Yaponiyanın Xarici İşlər naziri Fumiu Kişida Çin mətbuatının tərtib edib Tvitter sosial şəbəkəsində paylaşdığı xəritəyə etiraz edib.

Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çin mətbuat orqanı olan "Çonkinq Yanz Deyli" Yaponiyanın xəritəsini dərc edib və həmin xəritədə Xirosima və Naqasakinin olduğu ərazidə "Yaponiya yenidən müharibə istəyir" sözləri yazılıb.

Yaponiya Xarici İşlər naziri Fumiu Kişida da bu ifadəyə etiraz edərək belə açıqlama verib:

"Nüvə hücumlarına məruz qalan bir dövlətin Xarici İşlər naziri və bir Xirosima politoloqu kimi mən bu məsələyə etinasız yanaşa bilməzdim".

Nazir deyib ki, bu faktın ölkələr arasındakı münasibəti pisləşdirə biləcəyini deyib:

"Yaponiya ilə Çin arasındakı münasibət onsuz da 11 Sentyabr 2012-ci ildən sonra daha da pisləşib. Səbəb isə Çinin Diayo adalarına iddiasını hələ də davam etdirməsidir".

Fumio Kişida sözlərinə bunları da əlavə edib: "Pekin iddia edir ki, ada 600 il əvvəl Çin imperatorluğuna məxsus olub. Lakin Yapon xəritələrində, sadəcə, 1783-85-ci illərdə Diayo Çin ərazisi kimi qeyd edilib".

Xatırladaq ki, ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atdığı atom bombasından daha güclü nüvə silahları Rusiya, ABŞ, Çin, Pakistan, İngiltərə, və Şimali Koreya kimi ölkələrin arsenalındadır.

Tarix
2014.07.09 / 20:42
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla