Yuxarı

Almaniyadan ABŞ kəşfiyyatına növbəti zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyadan ABŞ kəşfiyyatına növbəti zərbə

Almaniyanın Federal Prokurorluğu ABŞ kəşfiyyatına işləyən daha bir şəxsin saxlanıldığını rəsmi şəkildə təsdiq edib.

Axar.az xəbər verir ki, Almaniya Federativ Respublikasının hüquq-mühafizə orqanları həmin şəxsin ofisi və yaşayış evində axtarış aparıldığını söyləyiblər.

ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən yeni agentin Almaniyanın hərbi dairələrində çalışdığı bildirilir. O öz hərəkətləri ilə hərbi əks-kəşfiyyat idarəsi olan MAD-ın diqqətini öz üzərinə cəlb edib.

Qeyd edək ki, bir müddət öncə daha bir agent həbs edilmişdi. O, alman millət vəkillərinin Amerika kəşfiyyat şəbəkəsinin ölkədə fəaliyyət göstərməsi haqqında gizli qanun haqqında Vaşinqtona məlumatlar ötürdüyünə görə tutulmuşdu. Həmin şəxsin 200 gizli sənədi ABŞ-a ötürdüyü söylənilmişdi.

Onu da xatırladaq ki, hazırda Pekində səfərdə olan ABŞ Dövlət katibi Con Kerri hadisəylə bağlı şərh verməyib.

Tarix
2014.07.11 / 12:09
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla