Yuxarı

İsraildən Qəzzaya hücumla bağlı sirli məlumatlar - Müsahibə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslami Cihad Hərəkatının Baş katibi Ramazan Abdullah Şallah Qəzzada yaşananlarla bağlı Əl-Cəzirə kanalına müsahibə verib.

Həmin müsahibədən Ramazan Abdullah Şallahın söylədikləri önəmli nüansları təqdim edirik.

"Sionist rejim 2012-ci ildəki atəşkəs rejiminin şərtlərinin heç birini yerinə gətirmədi. Bundan sonra biz həmin razılaşmanın yenilənməsini qəbul etmirik. Sionist rejim Qəzzaya tətbiq etdiyi embarqonu qaldıracaq və sərhədləri açacaq. Başqa yolu yoxdur. Ortaya qoyduğumuz mübarizə nəticəsində bölgədə möcüzəvi bir ssenari meydana gəldi. Qəzzaya edilən hücumlara qarşı böyük bir müvəffəqiyyətlə cavab verilir. Belə bir duruma tarixdə çox az rast gəlinir.

"Sionist rejim Qəzzaya problemlərini ört-basdır etmək üçün hücum etdi"

Sionist rejim özü niyə belə bir döyüşə girişdiyini çox yaxşı bilir. Sionist rejim mühacir problemini və digər bir çox problemi ört-basdır etmək üçün Qəzzaya belə bir hücum reallaşdırdı. Onlar bu hücumlarla keçmişdəki problemlərdən xilas olacaqlarını zənn edirlər. Savaşla gücümüzü yox edə biləcəklərini zənn edirlər. Ancaq hər kəs bilməlidir ki, sionist rejim əsla bu hədəflərinə çata bilməyəcək və bu anda xaos mühitindən necə çıxacağını bilmir.

"Biabır oldular"

Sionist rejim hədəflərini gerçəkləşdirmək istəyərkən biabır oldu. Bu an bölgə ölkələrindəki qarışıqlıqdan istifadə edərək qazanc əldə edəcəklərini zənn edirlər. Ancaq İsrail strateji baxımdan böyük bir dəhşətin təsiri altındadır. İsrail ordusu mülki vətəndaşları təsadüfən vurduğunu bildirir, bizlə bağlı isə heç bir məlumata sahib deyil. Müqavimətimizin mərmi gücünü belə təxmin edə bilmir.

"Atəşkəs üçün vasitəçi axtarışında olan sionist rejim"

Biz atəşkəs üçün vasitəçi axtarışında olmadıq, olmayacağıq. Atəşkəs üçün vasitəçi axtaran İsraildir. ABŞ bu döyüşün ortağıdır. ABŞ bu döyüşə yaşıl işıq yandırmamış olsaydı, İsrail belə bir hücumu reallaşdırmazdı. Fələstin Qurtuluş Təşkilatı və bəzi ərəb təşkilatları vasitəçilik etmək üçün axtarışdadılar. Allahdan duamız xalqımıza müqavimət göstərməsi üçün güc verməsi və sionist rejimi məğlubiyyətə uğratmasıdır.

"Misir istisna olmaqla, heç bir ərəb ölkəsi bu məsələdə müvəffəqiyyətli ola bilməz"

Misir döyüşdən əvvəl sionist rejimlə bəzi danışıqlar aparmışdı. Ancaq artıq bu danışıqların heç bir dəyəri qalmadı. Biz hazırda heç bir vasitəçini qəbul etmirik. Mən Misir olmadan bu döyüşün bitməyəcəyini söyləyirəm. Tarixi və coğrafi səbəblərdən ötəri Misirdən başqa heç bir ölkə vasitəçilik barəsində müvəffəqiyyətli ola bilməz. Misir hərəkətə keçsə, sionist rejimi dayandırmağa və atəşkəsə məcbur edə bilər.

"Əbu Hudayrın yandırılması kimi iyrənc bir hərəkəti tarix görmədi"

Sionist rejim Fələstin xalqının ağ bayraq qaldırmasını gözləyir. Yəhudilərin məskunlaşdığı Məhəmməd Əbu Hudayra benzin tökərək yandırmaları kimi iyrənc bir hərəkəti tarix görmədi. Bizim günahımız digərləri kimi öz torpaqlarımızda izzətli bir şəkildə yaşamağı istəməkdir.

"2012-ci ildəki atəşkəsin yenilənməsini qəbul etmirik, Qəzzaya tətbiq edilən embarqo aradan qaldırılacaq"

2012-ci ildəki atəşkəs rejimi sona çatdı. Sionist rejim 2012-ci ildəki atəşkəs şərtlərinin heç birini yerinə gətirmədi. Bundan sonra 2012-ci il atəşkəs razılaşmasının yenilənməsini qəbul etmirik. Sionist rejim Qəzzaya yönəlik embarqonu aradan qaldıracaq və sərhədləri açacaq. Başqa yolu yoxdur. Beynəlxalq cəmiyyət və ərəb dünyası İsrailə təzyiq edərək şərtlərimizi qəbul etdirməlidir.

Abbas israillilərə "Sizinlə görüşmərəm", - deyir. Deməli, Mahmud Abbasın hələlik heç bir təsiri yoxdur. Fələstin Qurtuluş Təşkilatının hərəkatın nələr etməsini görməsi lazımdır.

"Döyüşün nə vaxt bitəcəyini biz təyin edəcəyik"

Qəzzadakı ortaq qərar Həmasın müqaviməti davam etdirməsidir. Bu döyüşün nə vaxt bitəcəyini biz təyin edəcəyik. Hərəkat hərbi və siyasi baxımdan çox yaxşı koordinasiya edilib. Hər kəs nə edəcəyini bilir. Allahın izni ilə düşmənə böyük bir məğlubiyyəti yaşadacağıq.

"Kiçik Qəzzanın necə mübarizə apardığını görməliyik"

Bu döyüş nəticəsində ən böyük itkiyə uğrayacaq olan Mahmud Abbasdır. Çünki, Fələstin xalqını müdafiə etməyən hər kəs itirər. Sionist rejim Yaxın Şərqdəki daxili qarışıqlıqları fürsət bilərək Qəzzaya hücum etdi. Yaxın Şərqdə qarşıdurma davam etsə, yüzlərlə Qərbi Şəriyə, yüzlərlə Qüds görəcəyik. Bizim sülh zəmnində hərəkət etməyimiz lazımdır. Abbas bunu görməlidir. Abbas müqavimətin ortaya qoyduğu mübarizəni heçə endirməməlidir".

Tarix
2014.07.15 / 21:56
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi

Türkiyə ilə münasibətlərimizi zirvəyə qaldıran hadisə...

Qarabağ məsələsində də onunla çiyin-çiyinə idik... - Əliyev

Azərbaycan hər zaman Türkiyənin yanında olub...

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Yerliqayadan “Azərbaycan məhəlləsi” ilə bağlı açıqlama

İlham Əliyevlə Ərdoğan görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla