Yayda arılardan qurtulmağın ən sadə yolu...
02:04
| Ana səhifə Planet |
|
Sosial şəbəkə istifadəçiləri Ukraynada terrorçuların tərəfində savaşan 15 abxaz muzdludan birinin video görüntüsünü paylaşıb.
Axar.az xəbər verir ki, onlar Donbas hava limanı uğrunda gedən savaş zamanı lentə alınıblar. Vurğulanıb ki, Ukraynaya könüllü gəliblər və ukraynalı hərbçilərə qarşı savaşmağı özlərinin müqəddəs borcları sayırlar.
Abxaz döyüşçü bildirib ki, silahları Rusiyadan almayıblar, apardıqları döyüşlər zamanı qənimət kimi götürüblər. Əlavə edib ki, Ukrayna ordusu öz səhvini anlamalıdır və bölgəni tərk etməlidir.
|
Tarix
2014.07.17 / 02:12
|
Müəllif
Ruslan Məmmədoğlu
|