Bu, ABŞ üçün intihar olar - Şeremet
21:54
Ana səhifə Planet |
Suriyanın şimalında daha əvvəl Sərhəd Təhlükəsizliyi Qüvvəsinin yaradılacağı ilə bağlı açıqlamamız ordu, yaxud hərbi birləşmə anlamına gəlmir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Ryan Dillon deyib.
“Suriyada yerli qüvvələrə verdiyimiz təlimlər davam edir. Bu təlimlərimizin məqsədi evlərindən didərgin düşmüş insanların geri qaytarılmasını təmin etmək və İŞİD-in azad edilmiş ərazilərdə yenidən peyda olmasının qarşısını almaqdır. Biz burada ordu yaratmaq fikrində deyilik”, - Dillon bildirib.
Dillon eyni zamanda bildirib ki, Türkiyənin bununla bağlı narahatlığı anlaşılandır və İŞİD-ə qarşı mübarizədə şəffaflıq qorunacaq.
Tarix
2018.01.18 / 21:25
|
Müəllif
Kamran Ədalət
|