Yuxarı

Kerrinin gizli danışığı yayıldı: “Burada oturmaq dəlilikdir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kerrinin gizli danışığı yayıldı: “Burada oturmaq dəlilikdir”

ABŞ Dövlət Katibi Con Kerri müsahibə verərkən bilmədən telefon danışığı lentə yazılıb.

Axar.az xəbər verir ki, Ağ Ev rəsmisi televiziyada İsraili müdafiə etsə də, telefon danışığında əməliyyatlardan narahat olduğunu deyərək, İsraili tənqid edib.

Qeyd edək ki, Kerri müsahibə verərkən Ağ Ev rəsmilərindən biri ilə telefonla danışıb. Bu zaman mikrofon açıq qalıb və jurnalist bunu qeyd edib.

"Fox" televiziyasında verilən səs yazısında Kerri İsraili tənqid edərək "Bu hadisə ciddi şəkildə təzyiqi artırır. Tez bir zamanda atəşkəs elan olunmalıdır. Biz bunu etməliyik. Bu axşam getməyimiz vacibdir. Burda oturmaq dəlilikdir", - deyib.

Onu da bildirək ki, Kerri telefonla danışarkən səs yazısının lentə alındığından xəbərsiz olduğundan jurnalistin verdiyi sualdan sonra yenə İsraili müdafiə edib.

İsrailin HƏMAS-ın atdığı raketlərə qarşı özünü qorumasını tamamilə dəstəklədiklərini bildirən Kerri son böhranın öldürülən üç yəhudi gənc axtarıldığı zaman başladığını deyib.

Müharibənin HƏMAS tərəfindən başladığını deyən Kerri "Bu, alçaqlıqdır", - deyərək, İsraili müdafiə etməkdə davam edib.

Kerri: "Mən dəfələrlə demişəm, indi də deyirəm ki, insanların öldürülməsi mövzusunda hamıyla eyni fikirdəyəm. Lakin biz İsraili dəstəkləyirik. HƏMAS qarşı tərəfin atəşkəs təklifini dəyərləndirməlidir. İsrail öz torpaqlarına minlərlə raket atan terrorçulara qarşı əlini-qolunu sallayıb otura bilməzdi. ABŞ İsrailin bu dəqiqəyə kimi atdığı addımları dəstəkləyir".

Qeyd edək ki, Kerri müharibədə HƏMAS-ın öz vətəndaşlarından qalxan kimi istifadə etdiyini qeyd edərək, çox yaxın bir vaxtda bölgəyə gedəcəyini bildirib.

Tarix
2014.07.21 / 11:46
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla