Yuxarı

Rusiya nüvə silahı tətbiq edə bilər – ABŞ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya nüvə silahı tətbiq edə bilər – ABŞ

ABŞ özünün yeni nüvə doktrinasını təqdim edib.

Axar.az xəbər verir ki, yeni sənəddə ABŞ-a və onun Asiya-Sakit okean regionundakı rəqiblərinə unikal təhdid kimi Şimali Koreya ilə bərabər Rusiya və Çin göstərilib. Vaşinqton Çinin öz hərbi imkanlarını genişləndirdiyini və ABŞ-a bütün Sakit okeanda meydan oxuduğunu bildirib.

Doktrinada həmçinin Rusiyanın öz nüvə arsenalını azaltmaq əvəzinə artırdığı vurğulanıb. Belə ki, Moskvanın nüvə silahından ilk istifadə edən qüvvə ola biləcəyi iddia edilib. Buna əsas səbəb kimi isə Pentaqon Rusiyanın ABŞ-ın Avropadakı müttəfiqləri ilə apardığı rəqabəti göstərib. Moskvanın bu rəqabəti öz xeyrinə bitirmək və konflikti başa çatdırmaqdan ötrü nüvə silahından öz xeyrinə istifadə edəcəyi ehtimal edilib.

Doktrinada həmçinin ABŞ-ın Rusiya və ya Çinə düşmən kimi baxmasının arzu edilmədiyi bildirilib:

“ABŞ və Rusiya yaxın keçmişdə nüvə riskləri ilə bağlı daimi dialoqa sahib idilər. Krımın işğalından sonra konstruktiv əməkdaşlıq gözlənilmədən aşağı düşüb. ABŞ ümid edir ki, Rusiya gələcəkdə ABŞ və müttəfiqləri ilə açıq qarşılıqlı fəaliyyət qura biləcək”.

ABŞ həmçinin sənəddə soyuq müharibə dövrünə 2010-cu illərin əvvələrindən geri dönüş edildiyini bildirib. Burada Rusiya və Çinin indiyə qədər dünya siyasətində formalaşan qaydalara yenidən baxılmasını istədikləri vurğulanıb. Vaşinqton sənəddə Moskvanın bir sıra beynəlxalq razılaşmaları pozduğunu bildirib və bunlar sırasında 1994-cü il Budapeşt memorandumu, 2002-ci il Açıq Səma razılaşması, 1987-ci il kiçik və orta mənzilli raketlərinin azaldılması haqqında razılaşma göstərilib.

Vaşinqton həmçinin doktrinada İran məsələsinə də toxunub. ABŞ-ın fikrincə, İran son zamanlar kimyəvi və bioloji silah hazırlanmasına böyük investisiyalar yatırıb.

Tarix
2018.02.03 / 16:23
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sərkisyan Azərbaycan KQB-yə işləyib: kod adı “Nərimanov”...

Putin Bakıya vəd verdi, yerinə yetirmədi - Politoloq

Putinə məruzə edən general-polkovnik məhv edildi

9 gündən sonra vergi azalır: qiymətlər düşəcək?

İlham Əliyev Rusiyadakı bu görüşdə iştirak etməyəcək

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla