Yuxarı

Türk ordusu 12 şəhidin qisasını aldı: F-16-larla...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Raco bölgəsində mülki insanların arasına qarışan terrorçuların atdığı qumbaralar və köməyə gedən “Atak” helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan 12 əsgərin intiqamı alınıb.

Axar.az xəbər verir ki, terrorçuların hücum planları PUA-lar vasitəsilə müəyyən edilib. Terrorçuların sayı çox olduğuna görə əraziyə yaxın mövqelərdəki “Bayraqdar” dronları əməliyyata cəlb olunub.

Məlumata görə, helikopterin qəzaya uğramasından sonra dronlarla terrorçulara müdaxilə edilib. PUA-lar lazımı yüksəklikdən aşağı enərək aşkar edilmiş terrorçu mövqelərini bombalayıb və 34 terrorçu məhv edilib.

Türk ordusu kəşfiyyat PUA-larının izlədiyi terrorçuların da qaçmasına izn verməyib. Koordinatları müəyyən edilən terrorçular F-16-ların dəqiq zərbələri ilə zərərsizləşdirilib. Əməliyyat nəticəsində ümumilikdə 70 nəfər terrorçu öldürülüb.

Qeyd edək ki, hərbi mənbələr dronların müdaxiləsi nəticəsində türk ordusuna ağır zərbə vurmaq istəyən terrorçuların planlarının qarşısının alındığını və düşmənin ağır itki verdiyini bildirib.

Tarix
2018.02.20 / 10:38
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla