Yuxarı

Kiçik Corc Buş atası haqqında kitab yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitab 11 noyabr 2014-cü ildə satışa çıxarılacaq.

Axar.az Nyu-Yorkun The Crown Publishing Group nəşriyyatının məlumatına istinadən xəbər verir ki, ABŞ-ın eks-prezidenti (kiçik) Corc Buş atası – ABŞ-ın 41-ci prezidenti, iyun ayında 90 illiyini qeyd etmiş Corc Buş (böyük) haqqında kitab yazıb.

"Corc Gerbert Uoker Buş – çox gözəl dövlət xadimi və atadır. Onun həyat tarixçəsini təsvir edərkən böyük zövq aldım. Ümidvaram, başqaları da oxumaqdan məmnun qalacaqlar", - deyə 68 yaşlı kiçik Buş bildirib. ABŞ-ın 43-cü prezidenti xüsusilə, atasının onun həyat və fəaliyyətinə göstərdiyi böyük təsirdən sevə-sevə bəhs edib. Hələ ki, adı açıqlanmayan kitab 11 noyabr 2014-cü ildə satışa çıxarılacaq.

Nəşriyyatdan onu da bildiriblər ki, kiçik Buş ABŞ-ın tarixində ikinci oğul-prezidentdir. İlk belə presedent Amerika tarixinin ilk çağlarına təsadüf edir: ABŞ-ın ikinci və altıncı prezidentləri də ata-oğul idilər – Con və Con Kuins Adamslar.

300 səhifəlik kitabın ilk tirajı 1 milyon nüsxə olacaq. 2001-ci ildən 2009-cu ilədək dövlət başçısı kürsüsündə əyləşmiş kiçik Buş hələ 2010-cu ildən atası haqqında kitab yazmaq fikrinə düşsə də, bu işə iki il əvvəl girişib. ABŞ-n 43-cü prezidentinin müəlliflik qanorarının məbləğı də kitabın adı kimi açıqlanmır.

2010-cu ildə Crown Publishers kiçik Buşun "Həlledici qərarlar" (Decision Points) adlı bestsellerə çevrilmiş memuarlarını nəşr etdirmişdi.

Kiçik Buş bundan başqa həm də rəssamlıqla məşğul olur: o, dünya liderlərinin, o cümlədən Rusiya prezidenti Putin və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleerin çəkdiyi portretlərini ilk dəfə bu ilin aprel ayında sərgidə nümayiş etdirib.

Böyük Corc Buş

Böyük Corc Buş 1989-cu ildən 1993-cü ilədək ABŞ prezidenti kimi fəaliyyət göstərib. Buna qədər Ronald Reyqanın administrasiyasında vitse-prezident, konqresmen, ABŞ-ın BMT-dəki nümayəndəsi, ABŞ-ın Çindəki xüsusi səlahiyyətli səfiri və s. vəzifələrdə çalışıb.

Böyük Buş Parkinson xəstəliyindən əziyyət çəkdiyindən əlil arabasında gəzməyə məcburdur. Bununla belə o, 75, 80, 85 və 90 illik yubileyləri gününü paraşütdən tullanmaqla qeyd edib.

Böyük Buş memuar yazmasa da, 1998-ci ildə milli təhlükəsizlik üzrə keçmiş məsləhətçi Brent Skoukroftla birlikdə yazdığı "Dünya başqa cür olub" kitabı, 1999-cu ildə isə "Salamat qal, Corc Buş: Həyatım məktublarda və digər sənədlərdə" adlı toplusu çapdan çıxıb.

Tarix
2014.08.08 / 02:35
Müəllif
Əminə Xatun
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla