Yuxarı

Azərbaycanlı Yutub binasında 3 şəxsi öldürdü, sonra... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı Yutub binasında 3 şəxsi öldürdü, sonra... - Video

00:32

Yutubun Kaliforniya ştatında yerləşən binasında silah səsləri eşidildiyi barədə xəbər yayılıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniya ştatının San Bruno Polis Departamenti məlumat yayıb.

Polis vətəndaşların ərazidən uzaq durmasını tələb edib. Ancaq silah səslərinin gəldiyinə dair hər hansı rəsmi məlumat verilməyib.

***

Polis atıçma nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb. İlkin ehtimala görə, ölənlərdən biri olan qadın qatildir və onun intihar etdiyi ehtimal olunur.

Yaralıların sayı dəqiq bilinmir. Xəstəxanaya hələlik 5 yaralının yerləşdirildiyi bildirilib.

Olayla bağlı ABŞ Prezidenti Tramp məlumatlandırılıb.

"Mənə bu barədə məlumat verildi. Bizim fikrimiz və duamız insidentdə zərər çəkənlər üçündür", - Tramp Tvitter hesabında yazıb.

Tramp həmçinin hadisə yerində öz vəzifə borclarını yerinə yetirən polislərə təşəkkür edib.

***

Qətli törədən, daha sonra isə intihar edən qadının Nasim Nəcəfi Ağdam olduğu açıqlanıb.

Onun Cənubi Azərbaycandan olduğu bildirilir.

***

Nasim Ağdamın bloger olduğu bildirilir. Məlumata görə, Yutubda yerləşdirdiyi videolara görə pul ala bilməyən qadın şirkətin ofisinə gedərək qətl törədib.

Sosial şəbəkələrdə Nasim Nəcəfinin Azərbaycanın işğal olunmuş rayonu olan Ağdam adını özünə ləqəb kimi götürdüyü yazılıb.

Tarix
2018.04.04 / 11:06
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla