Yuxarı

Ukraynada öldürülən azərbaycanlının meyti tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada öldürülən azərbaycanlının meyti tapıldı

İyulun 30-da Ukraynanın Luqansk vilayətində separatçılar tərəfindən öldürülən Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Cəfərovun meyiti uzun axtarışdan sonra tapılaraq Azərbaycana gətirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov açıqlamasında bildirib ki, diaspor rəhbərinin meyiti onun qardaşları tərəfindən tapılaraq iki gün əvvəl Rusiya ərazisi vasitəsilə Azərbaycana aparılıb. A. Osmanov xatırladıb ki, öldürüldükdən sonra separatçıların nəzarətində olan ərazidə qaldığı ehtimal olunan, uzun müddət tapılmayan T. Cəfərovun meyitinin aşkarlanması üçün səfirlik Ukrayna Xarici İşlər Nazirliyi və güc strukturları ilə yanaşı, beynəlxalq təşkilatların Kiyevdəki nümayəndəliklərinə də müraciət etmişdi: "Biz meyitin tapılması üçün çox ciddi çalışdıq və onun yaxınlarına şərait yaradıldı ki, meyit hadisənin baş verdiyi yerdən götürülsün".

A. Osmanovun sözlərinə görə, T. Cəfərovun meyiti yanmış formada tapılıb. O, öldürüldükdən sonra avtomobili qarışıq yandırılıbmış.

T. Cəfərovun qardaşı oğlu Rahat Cəfərov isə açıqlamasında bildirib ki, tanınmaz hala düşən meyit Bakıda ekspertizaya verilib və onun T. Cəfərov olduğuna tam əmin olunduqdan sonra Bakıda dəfn edilib.

Qeyd edək ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb. Hadisə axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.

APA

Tarix
2014.08.12 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla