Yuxarı

Bərzaninin oğlu: “İŞİD-ə qarşı PKK da dəstək verdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərzaninin oğlu: “İŞİD-ə qarşı PKK da dəstək verdi”

Şimali İraq Kürdüstan hökumətinin Baş naziri Neçirvan Bərzani İŞİD-lə bağlı danışıb.

Axar.az xəbər verir ki, baş nazir insanların İŞİD-i bir silahlı təşkilat hesab etməsini yanlış adlandırıb.

N.Bərzani qeyd edib ki, onlar bir dövlətə çevriliblər: "İmkanları, əsgər təlimi, nizam-intizamı var. Bir bölgəni bombalaya bilirlər, əraziləri zəbt edirlər. Ancaq ərazilərin çox yerini geri almışıq. Mosulu almaq bizim üçün strateji əhəmiyyət kəsb edirdi.

Bizdə təşkilatçılığın mükəmməl olduğunu deyə bilmərəm. Çünki 2003-cü ildən sonra bu coğrafiyada yeni silahlı qarşıdurmalar olmadı. Biz də insanların rahat yaşamasını təmin etmək üçün infrastruktur qurmağa başladıq. Başımız buna qarışdı. Yenidən silahlı toqquşmalar olacağını fikirləşmirdik".

Kürd baş nazir bildirib ki, İŞİD-ə qarşı savaşda PKK-nın yardımı olub: "Türkiyədən gələn insani yardım var. Təbii ki, daha çox gözləntimiz vardı. İŞİD gücləndikcə Türkiyəyə də problem olacaq. Çünki İŞİD təkcə bizə yox, Türkiyə, Livan, Səudiyyə Ərəbistanına da təhdiddir".

Xatırladaq ki, baş nazir Kürdüstan hökumətinin başçısı Məsud Bərzaninin oğludur.

Tarix
2014.09.09 / 19:29
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla