Yuxarı

Jirinovskinin utancaq oğlu korrupsiyada suçlandı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovskinin utancaq oğlu korrupsiyada suçlandı - Foto

Rusiyalı aktivist Aleksey Navalnı Vladimir Jirinovksinin oğlunun gəlirləri ilə bağlı araşdırma yayımlayıb.

Axar.az xəbər verir ki, Navalnı İqor Vladimiroviçi Lebedevi qeyri-qanuni gəlir əldə etməkdə təqsirləndirib.

Araşdırmada bildirilir ki, Vladimir Jirinovskinin oğlu Lebedev 27 yaşında parlamentə millət vəkili seçilib. Jirinovskinin oğlu atasından fərqli olaraq utancaq və təvazökardır. O, müntəzəm sərt bəyanatlarla çıxış etmir. Rusiya onu vətənpərvər kimi tanıyır.

Liberal Demokrat Partiyası Rusiyada aktiv qanunların parlamentə çıxarılmasında və "Beşinci kolon"a qarşı mübarizədə seçilir. Məhz bu fəaliyyətinə görə İqor Vladimiroviç əlavə əmək haqqı və medal ilə təltif edilib.

O, 2009-cu ildə 178 milyon rubl gəliri olduğunu bəyan edib. Elə həmin il Lebedev 200 milyon rubl dəyərində dörd mənzil alıb.

Bundan başqa, Vladimir Jirinovskinin oğlu, Dövlət Dumasının sədr müavini İqor Lebedev Dubayda 87 milyon rubl dəyərində balkonunda cakuzisi olan bir mənzil alıb. Mənzilin panoraması Dubayda süni şəkildə salınan məşhur palma adasına (Palm Jumeirah) açılır.

Millət vəkili evləri necə almasını bu günə qədər izah etməyib və gəlirlərinin hardan qaynaqlandığını açıqlamayıb.

O, araşdırmasının sonunda Jirinovskinin oğluna görə "Beşinci kolon"a xəbərdarlıq edib.

Tarix
2014.09.11 / 16:12
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bakının axtardığı Kayanı Cübbəli ifşa etmişdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla