Yuxarı

Avstriya Ukraynaya pilotsuz təyyarə göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstriya Ukraynaya pilotsuz təyyarə göndərir

Avstriya ATƏT çərçivəsində öz səylərini aktivləşdirməyə və Ukraynanın şərqində vəziyyətin monitorinqi üçün öz pilotsuzlarını verməyə hazırdır.

Axar.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Avstriya XİN başçısı Sebastyan Kurts Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüş zamanı bildirib.

"Bizim missiyamız – təkcə ATƏT çərçivəsində Avstriya müşahidəçilərini göndərmək yolu ilə sülhün nizamlanmasını dəstəkləməkdən deyil, həm də ATƏT-in missiyası üçün on Avstriya pilotsuzunu göndərməkdən ibarətdir".

Xarici işlər nazirinin sözlərinə görə, Avstriya Ukraynanın şimalında ağır yaralanmış dinc əhali üçün tibb və dava-dərman sahəsində də öz yardımını gücləndirir. "Biz bir neçə nəfəri müalicə üçün Avstriyaya götürə bildiyimiz üçün çox şadıq", - deyə nazir bildirib.

Poroşenko da öz növbəsində, yaxın günlərdə ATƏT-in monitorinq üçün göndərilən müşahidəçilərinin sayının artacağına, bu işə avstriyalı ekspertlərin və texniki nəzarət vasitələrinin də qoşulacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, ATƏT müşahidəçiləri bildiriblər ki, atəşkəs rejimi ayrı-ayrı hallarda pozulsa da ona "bütövlükdə riayət olunur".

Tarix
2014.09.15 / 17:56
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla