Ana səhifə Planet |
"İŞİD islamiyyəti təmsil etmir, dövlət qurmaqlarına icazə verilməyəcək".
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Parisdə İraq böhranının həlli üçün təşkil olunan beynəlxalq konfransda deyib. İraq və Suriyada fəaliyyət göstərən İŞİD-in dövlət qurmağına izn verilməyəcəyini bildirən Lavrov bu mövzuda ABŞ-ı dəstəklədiklərini dilə gətirib:
"İŞİD islamiyyəti təmsil etmir. Öz dövlətlərini qurmaqlarına icazə verilməyəcək. Təsirli mübarizə üçün də terrorun qaynağı və ölçüsünün dərk olunması lazımdır. Əhatəli bir strategiyaya ehtiyac var".
ABŞ-ın Suriya hökumətinin icazəsi olmadan İŞİD hədəflərini bombalamağının beynəlxalq hüquqa zidd olacağı xəbərdarlığını edən Lavrov mübarizədə Suriya və İranın da dəstəyinin olmasını vacib bilib.
Sonda İraqda terrorla mübarizə mövzusunda razılaşan 30 ölkənin nümayəndəsi birgə bəyannamə imzalayıb.
Tarix
2014.09.15 / 21:26
|
Müəllif
Şəmsəddin Ənsar
|