Yuxarı

“Ukrayna xalqı göz yaşlarını bizimlə bölüşməsə də...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynada yaşanan hadisələrə bir çox beynəlxalq insan hüquqları təşkilatlarının göz yumduğunu deyib.

Axar.az xəbər verir ki, beynəlxalq hüquq prinsiplərinin tətbiqində böyük maneələr olduğunu deyən Putin Ukraynada baş verən hadisələri "soyqırım" adlandırıb:

"Bu hadisələrdə beynəlxalq hüquq normalarının keçməməsi dünyada bu prinsiplərin qorunmamasını göstərdi. Ukraynanın şərqində baş verən hadisələrə beynəlxalq ictimaiyyət ikili standartlarla yanaşır. İnsanlar işgəncəyə məruz qalır. Qəddar və alçaldıcı rəftar görür. Ayrı-seçkilik və mühakiməsiz edamlar edilir. Təəssüf ki, bir çox beynəlxalq təşkilat da bütün bu gerçəklərə göz yumur".

Ukrayna ordusunun ölkənin şərqində cinayətlər törətdiyini deyən Rusiya lideri bunların cavabsız qalmayacağını bildirib: "Beynəlxqal araşdırmaçılar, jurnalistlər həbs olunur, öldürülür. Bu bir cinayətdir. Ukrayna xalqı ilə rus xalqı arasında uçurum yaranıb. Bu bir faciədir. Ukrayna xalqı göz yaşlarını bizimlə bölüşməsə də, oturub insanların aclıqdan, əlacsızlıqdan və ya tibbi yardım olmadığı üçün öldüyünə tamaşa etməyəcəyik".

Xatırladaq ki, Birləşmiş Millətlərin hesabatına görə, son 6 ayda Ukraynada davam edən vətəndaş müharibəsi nəticəsində 3700 nəfər öldürülüb, 8800 nəfər isə yaralanıb.

Tarix
2014.10.15 / 21:29
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla