Yuxarı

Türkiyəyə böyük təhdid: Dərhal baza yaradaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəyə böyük təhdid: Dərhal baza yaradaq!

Avropa Birliyi və ABŞ-ın tərəfli mövqeyi Türkiyənin və Kipr türklərinin haqq və mənfəətlərinin qəsb edilməsi təşəbbüslərinin davam etdirilməsinə səbəb olub. Türkiyə Kiprdə təcili şəkildə dəniz və aviabazalar qurmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən “Şərqi Aralıqdan Bəsrəyə qədər böhranlar və nizam” adlı simpoziumda çıxış edən Baxçaşəhər Kipr Universitetinin Dəniz Hüququ Tətbiqetmə və Araşdırma Mərkəzinin sədri Emete Gözügözəlli deyib.

Professor dünyada artan rəqabət mühitinin bölgə ölkələrinin hərbi fəaliyyətlərinə də təsir göstərdiyini, hidrokarbon resurslarının kəşfi ilə Aralıq dənizinin enerji uğrunda mübarizə aparan dövlətlərin diqqət mərkəzinə çevrildiyini bildirib.

“Bu vəziyyət beynəlxalq ölçüdə əməkdaşlıqla birlikdə həmçinin mübarizə mühitini də yaratmışdır. Yaşanan hadisələr Türkiyənin Aralıqdakı vəziyyəti təhlükəsizlik problemindən daha çox müqəddərat məsələsi kimi qiymətləndirmək zərurətini ortaya qoyub. Artan risk və təhdidlər Türkiyənin Aralıq dənizində daha aktiv olmasını təmin edib. Bölgə coğrafiyasının təhlükəsizliyi və sabitliyi Türkiyə olmadan təmin edilə bilməyəcək xarakterdədir”, - Gözügözəlli qeyd edib.

Tarix
2018.12.03 / 11:45
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla