Yuxarı

Nuhdan vahiməli proqnoz: Lüterin nəvəsi ABŞ lideri olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2030-cu ildən gəldiyini iddia edən zaman yolçusu Nuh (Noah) gələcəkdə baş verəcək hadisələrlə bağlı konkret tarixlər açıqlayıb.

Axar.az Teleqraf.com-a istinadən Nuhun son video müraciətində gələcəklə bağlı açıqladığı konkret hadisələrin xronologiyasını təqdim edir.

Zaman yolçusu qeyd edib ki, 2030-cu ilə qədər ABŞ və Şimali Koreya arasında müharibə başlayacaq. Eyni zamanda insanın kompüterə transferi nəticəsində ölümsüzlük əldə ediləcək.

Onun iddialarına görə, 2019-cu ilin yanvarında dünya yadplanetlilərin inkarına səbəb olacaq partlayış baş verəcək. Həmin ilin fevralında isə ABŞ-ın Qərb hissələrinə dəhşətli qar yağacaq. Bu, indiyə qədər görünməyən qar yağışları olacaq.

2019-cu ilin aprelində yeni müalicə üsulu kəşf ediləcək və bu görmə qabiliyyətini itirən insanların yenidən görməsinə vəsilə olacaq.

2019-cu ilin iyun ayında hərəkət qabiliyyətini itirən insanlar üçün çip texnologiyası tətbiq olunacaq.

2020-ci ilin yanvarında “A1 Machidan” adlı insan robotun istehsalına başlanılacaq və ona qarşı dünyada böyük etirazlar keçiriləcək.

2020-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp yenidən ölkə prezidenti seçiləcək.

Nuh qeyd edib ki, 2028-ci ildə dünyada ikinci sənaye inqilabı baş verəcək.

2028-ci ilin avqustunda yadplanetlilər və zaman maşını ictimaiyyətə açıqlanacaq.

Nuha görə, 2028-ci ilin noyabrında Martin Lüter Kinqin nəvəsi, 20 yaşlı Yolanda Rene Kinq ABŞ prezidenti seçiləcək.

2029-cu ilin fevralında isə “The One” adlanan çip texnologiyası insanlarla ünsiyyətə başlayacaq və bundan sonra insanların sağlamlığı, habelə beyin funksiyası daima izləniləcək.

Tarix
2018.12.03 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir, çünki...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

Prezident venesuelalı həmkarını təbrik edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla