Yuxarı

Ruhani: Türkiyə illərdir bununla qarşı-qarşıya qalıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın qəti şəkildə iradəsi qardaş və dost ölkə Türkiyə ilə bütün sahələrdə səmimi münasibətlərin inkişaf etdirilməsi yönündədir.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Türkiyə parlamentinin sədri Binəli Yıldırımla görüşü zamanı deyib. O, Türkiyənin sabitliyini və təhlükəsizliyini öz ölkəsinin sabitliyi kimi gördüyünü bildirib:

“Bu istiqamətdə bir müddət əvvəl həyata keçirilən çevriliş cəhdinə qarşı İran Türkiyə dövlətinin sabitliyi və güclənməsi məsələsində konkret və şəffaf mövqe sərgiləyib”.

Ruhani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın sanksiyalarına qarşı mövqeyini müsbət qarşıladıqlarını söyləyib:

“İran və Türkiyə illərdir terrorizm problemi ilə qarşı-qarşıyadır. Nə vaxt iki ölkənin terrorçuluqla mübarizə məsələsində əməkdaşlığı artıbsa, bu sahədəki uğurları daha çox olub. İki ölkə son illərdə regional səviyyədə terrorizmlə mübarizədə çox yaxşı əməkdaşlıq edib”.

Ruhani Türkiyə ilə müxtəlif sahələrdə imzalanan razılaşmaların sürətli şəkildə tətbiq edilməsinin vacib olduğunu da qeyd edib.

Tarix
2018.12.09 / 09:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla