Yuxarı

KQB-nin arxivi açıldı: bütün gizli sənədlər sayta yerləşdirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
KQB-nin arxivi açıldı: bütün gizli sənədlər sayta yerləşdirildi

Dekabrın 20-də Latviya SSR Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərinin bir hissəsi internetdə dərc edilib.

Axar.az xəbər verir ki, açıq girişi olan yeni rəqəmsal resurs Latviya Milli Arxivinin saytında işə başlayıb. Əksəriyyəti əlyazma şəklində olan sənədlərə DTK əməkdaşlarının telefon kitabçası, komitənin ştatdankənar operativ işçilərinin qeydiyyat kartotekası, agentlərin əlifba və statistik kartotekası, habelə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin Dövlət Arxivi fondundakı qeydiyyat siyahısı daxildir.

Latviyanın Milli Arxivi bildirib ki, şəxsi məlumatları, həmçinin materiallardan istifadə məqsədini göstərərək qeydiyyatdan keçən hər kəs DTK arxivləri ilə tanış ola biləcək.

Xatırladaq ki, oktyabrın 4-də Latviya seymi DTK-nın məxfi sənədlərinin ilin sonunadək internetdə dərc olunması barədə qanun layihəsini yekun oxunuşda qəbul etmiş, daha sonra Prezident müvafiq qanunu imzalamışdı. Bir neçə il əvvəl isə Latviya SSR DTK-sının arxivlərini tədqiq etmək üçün tərkibinə ekspert və tarixçilərin daxil olduğu xüsusi hökumət komissiyası fəaliyyətə başlamışdı. Əsas məqsədi sənədlərin elmi, tarixi və hüquqi baxımdan tədqiqi, həmçinin ölkəyə və vətəndaşlara vurulan maddi və mənəvi zərəri müəyyənləşdirmək olan komissiya 2018-ci ilin mayında arxivlərdə araşdırmaları yekunlaşdırmış, bundan sonra orada saxlanılan informasiyaları ictimaiyyətə açıqlamağı tövsiyə etmişdi.

Gələn il mayın 1-dən DTK-nın fəaliyyəti ilə bağlı digər sənədlərin də dərc olunması nəzərdə tutulur.

Tarix
2018.12.20 / 22:14
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla