Yuxarı

ABŞ narahatdır: Ərdoğan-Putin əlaqələri...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ narahatdır: Ərdoğan-Putin əlaqələri...

Türkiyənin S-400 raket sistemlərini almaqda israr etməsi Vaşinqtonun qəzəbini üzərinə çəkmək riskini daşıyır. ABŞ təhlükəsizlik üçün razılaşmanın qarşısını almağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzetində yayımlanan məqalədə qeyd edilib. Məqalədə ABŞ-ın bütün səylərinə baxmayaraq, Türkiyənin S-400-ü almaqda israr etdiyi bildirilib:

“ABŞ rəsmiləri cümə axşamı günü verdikləri açıqlamada Türkiyənin S-400 havadan müdafiə sistemlərini almağa niyyətli olduğunu açıqlayıb. Vaşinqton düşünür ki, bu vəziyyət NATO müttəfiqlərinin təhlükəsizliyini riskə atır. ABŞ S-400 havadan müdafiə sistemlərinin NATO torpaqlarında ortaya çıxmasının qarşısını almaq ümidi ilə Türkiyəyə "Patriot" müdafiə sistemləri satmağa çalışır. Bundan əlavə, Vaşinqton Ankaranı F-35 hərbi təyyarələrini verməmək və sanksiya tətbiq etməklə hədələyi"r.

Məqalədə Rusiya və Türkiyə prezidentlərinin yaxınlaşmasının NATO müttəfiqlərini narahat etdiyi bildirilib:

“Rəsmilərin sözlərinə görə, ABŞ ən az itki ilə Türkiyəni F-35-ləri alacaq ölkələr siyahısından çıxartmağın yollarını axtarır. Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə tez-tez görüşməsi NATO-nu narahat edir. Türkiyə isə Yaxın Şərqdəki rolu artmaqda olan vacib regional güclə əməkdaşlığını davam etdirmək məcburiyyətində olduğunu deyir. ABŞ rəsmiləri NATO müttəfiqlərinin də narahat olduqlarını, vəziyyətin beynəlxalq səviyyəyə çatdığını bildirir”.

Vaşinqton və Ankara arasındakı gərginliyin gələcəkdə Türkiyədə maliyyə böhranına səbəb ola biləcəyi də qeyd edilib:

“Vaşinqton ilə Ankara arasındakı gərginlik sərmayəçiləri də narahat edir. Son həftələrdə Türkiyə lirəsi az da olsa, dollar qarşısında dəyər itirib. Ötən ilin avqustunda Türkiyə amerikalı keşişi həbs etdiyinə görə böyük həcmdə pul böhranı yaşayıb. Lirə daha sonra güclənsə də, analitiklər Türkiyənin xarici fondlardan asılı olduğunu və geopolitik şoklara qarşı müdafiəsiz qalması məsələsində xəbərdarlıq edir”.

Tarix
2019.03.17 / 00:21
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla