Yayda arılardan qurtulmağın ən sadə yolu...
02:04
| Ana səhifə Planet |
|
Rusiya 2019-cu ilin yanvarında ABŞ xəzinə istiqrazlarına yatırımları azaldıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi informasiya yayıb.
Yanvarda Rusiyanın ABŞ kağızlarına yatırımının həcmi 13.18 milyard dollar təşkil edib. Bu isə ötən ayın göstəricisindən 36 milyon dollar (0.27%) az olub. Bu məğləğin 6.322 milyardı uzunmüddətli, 6.858 milyardı isə qısamüddətli xəzinə istiqrazlarına qoyulub.
Ümumilikdə 2018-ci ildə Rusiya ABŞ xəzinə istiqrazlarına yatırımları əhəmiyyətli şəkildə azaldıb.
Bu siyahıya hazırda Çin liderlik edir. Pekinin yatırımlarının həcmi 1.127 trilyon təşkil edir. İkinci pillədə 1.07 trilyon dollarla Yaponiya, üçüncü sırada isə ilk iki pillədən kəskin fərqlə - 305.1 milyard dollarla Braziliya qərarlaşıb.
|
Tarix
2019.03.18 / 10:11
|
Müəllif
Orxan Tağıyev
|