Yuxarı

Almaniyanın səbri tükənir: London qəti addım atsın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyanın səbri tükənir: London qəti addım atsın

Rəsmi Berlin Londona "Breksit"lə bağlı böhranın Avropa İttifaqının (Aİ) səbrini daşırdığı barədə xəbərdarlıq edib və Böyük Britaniya hökumətini bu məsələdə irəliyə doğru qəti addım atmağa çağırıb.

Axar.az xəbər verir ki, Almaniyanın Aİ məsələləri naziri Maykl Rot özünün avropalı həmkarları ilə İttifaqın sammitinə hazırlıq çərçivəsində apardığı danışıqlar ərəfəsində jurnalistlərə müsahibəsində deyib: "Zaman ötür, vaxt tamam olur və biz hamımız bu danışıqlardan yorulmuşuq".

Xatırladaq ki, bazar ertəsi Böyük Britaniya parlamenti növbəti dəfə Baş nazir Tereza Meyin "Breksit" planını rədd edib və onun Aİ liderləri ilə "Breksit"in martın 29-na keçirilməsi üzrə danışıqlarına dair təkrar səsvermə keçirməkdən imtina edib.

Berlin hesab edir ki, Aİ Londonun dəqiq və konkret təklifləri olmadan vaxtı uzada bilməz. Maykl Rot əlavə edib:

"Biz oyun oynamırıq. Bu, vəziyyətin çox ciddi olduğunu göstərir. Üzv ölkələrin əhval-ruhiyyəsi də olduqca pisdir. Bəllidir ki, vəziyyət aydın deyil. Bu gün dünənkinə nisbətən daha çox qeyri-müəyyənlik var".

Tarix
2019.03.20 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla