Yuxarı

İranda “siqnal pozucusu” həyəcanı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda “siqnal pozucusu” həyəcanı

İranda mobil telefon, radio və televiziya yayımının siqnalını azaltmaq üçün istifadə olunan "siqnal pozucuları"nın sağlamlığa ciddi ziyan vurduğu aşkar olunub.

Axar.az-ın məlumatına görə, əhali üçün ciddi təklükəyə yol açan "siqnal pozucuları" hakim orqanlar tərəfindən müzakirə olunacaq.

İran Nəqliyyat naziri Mahmud Vaizi verdiyi açıqlamada bildirib ki, Prezident Həsən Ruhani Sosial Rifah və Sağlamlıq nazirləri və Atom Enerjisi və Ətraf mühit başçılarından "siqnal pozucuları"nın təhlükəli xəstəliklərə yol açıb-açmayacağına dair əhatəli bir araşdırma tələb edib:

"Mütəxəssislər paytaxt Tehranın müxtəlif bölgələrində parazitlər (siqnal pozucuları) haqqında hesabat hazırlayaraq daha əvvəl də Prezident Ruhaniyə təqdim etmişdi. Ancaq bu parazitlərin bəziləri bizim əhatə dairəmizdə deyil".

Xatırladaq ki, İranda bəzi xarici televiziya kanallarının izlənilməməsi üçün 2001-ci ildən etibarən peyk siqnallarını pozmaq üçün "siqnal pozucuları" istifadə edilir. Mütəxəssislər isə ölkədə çox tez-tez istifadə edilən "siqnal pozucuları"nın yüksək radiasiya yayan cihazlar olduğunu, bunun da xərçəng riskini artırdığını iddia edir.

Tarix
2014.12.01 / 00:06
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla