Yuxarı

Putindən tarixi çıxış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən tarixi çıxış

Rusiya Prezidenti Vladimir Putin sabah parlamentarilər və yüksək səviyyəli hökumət rəsmiləri qarşısında çıxış edəcək.

Axar.az xəbər verir ki, millət vəkillərindən savayı hökumət üzvləri, fərqli dinlərin nümayəndələri və digər yüksək səviyyəli qonaqların iştirak edəcəyi çıxışda Putinin Rusiyanın xarici siyasəti və iqtisadi sahədə geniş nitqi gözlənilir. Ukrayna böhranı, Krım, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar Putinin çıxışının əsasını təşkil edəcək.

Eyni zamanda, Putinin Rusiyanın AB və ABŞ ilə əlaqələri, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətlərin davam etdirilməsi, 1 yanvar 2015-ci il tarixdən etibarən Avrasiya İttifaqının aktivləşməsi mövzusunda da danışacağı gözlənilir.

Suriyada yaşanan böhran, İŞİD, NATO və Əfqanıstan, Ukraynada hələ imzalanamayan sülh razılaşması Rusiya liderinin gündəmində yer ala bilər.

Rusiya prezidentinin bu günlərdə ləğv edildiyi açıqlanan "Cənub axını" qaz kəməri haqda çıxışı da nəzərdə tutulur.

Xatırladaq ki, Sovet İttifaqının süqutundan sonra hər il keçirilən və ənənə xarakteri alan bu çıxış bir növ tarixi səciyyə daşıyır.

Ekspertlərin fikrincə, Putinin sabahkı çıxışı Rusiyanın gələcək siyasətinin hansı yöndə inkişaf edəcəyinin mündəricatı ola bilər.

Tarix
2014.12.04 / 00:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Naxçıvana hücum sübut etdi: İranda qərar verən qalmayıb!

"Kamaz" sərnişin avtobusuna çırpıldı - Anbaan video

Bayramov Moldova XİN başçısı ilə görüşdü

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

Prezident Mixay Popşoini qəbul etdi - Foto

Naxçıvana hücum səbəbi - Ağar çağırış etdi

Saakaşvili: Terrorçu rejim Azərbaycanı qəsdən vurdu

Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla