Yuxarı

Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubanıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bibiheybət yolunda təmir-bərpa işləri niyə yubanıb?

Bibiheybət yolunda aparılan təmir-bərpa işləri ilə bağlı yaranan vəziyyət narazılığa səbəb olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən əvvəlcədən verilən məlumata əsasən, qeyd olunan ərazidə yol 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək tam bağlanmalı idi. Lakin göstərilən tarix başa çatsa da, 72, 125, 149, 205 və E1 nömrəli marşrut xətlərinin fəaliyyəti hələ də bərpa olunmayıb və məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Paylaşımda vurğulanır ki, yaranmış vəziyyət ərazidə yaşayan sakinlərin gündəlik həyatına ciddi təsir göstərib. Belə ki, vətəndaşlar məktəbə, universitetə və işə getməkdə çətinliklərlə üzləşiblər.

"Təmir işlərinin iş günlərinə təsadüf etməsi də suallar doğurur. Belə məhdudiyyətlərin həftəsonuna planlaşdırılması həm nəqliyyat sıxlığını azalda, həm də vətəndaşların gündəlik həyatına təsiri minimuma endirə bilər" - paylaşımda qeyd olunub.

Məsələ ilə bağlı AAYDA-dan bildirilib ki, yağıntılı hava şəraiti səbəbindən aparılan təmir işlərində təxminən 10-12 saatlıq gecikmə yaranıb.

Qurumdan verilən məlumata görə, hazırda işlər yekun mərhələdədir və bu gün axşam saatlarında bərpa işləri tamamlanacaq, yolda nəqliyyatın hərəkəti tam şəkildə təmin olunacaq:

"Təmir prosesi maksimum dərəcədə vətəndaşların rahatlığı nəzərə alınmaqla təşkil edilib. Belə ki, problem yarandığı müddətdə yol tam bağlanmayıb, bir istiqamət üzrə ikitərəfli hərəkət təmin olunaraq işlər paralel şəkildə icra edilib. Yalnız son mərhələdə təhlükəsizlik tələbləri və texnikanın sərbəst hərəkət imkanlarının təmin olunması məqsədilə yolda qısamüddətli məhdudiyyət qoyulub".

Açıqlamada o da vurğulanıb ki, bu müdaxilə əvvəlcədən planlaşdırılmış təmir işi olmayıb:

"Ərazidə yaranmış deformasiya səbəbindən operativ və təcili tədbirlərin görülməsi zəruri olub. Əvvəlcədən planlaşdırılan digər təmir işləri vətəndaşların rahatlığını təmin etmək məqsədilə əsasən gecə saatlarında və ya istirahət günlərində həyata keçirilir".

Tarix
2026.04.15 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla