Yuxarı

Rusiya Polşa meyvələrinə müharibə elan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Polşa meyvələrinə müharibə elan etdi

Rusiya kənd təsərrüfatına nəzarət xidməti və sərhədçilər Polşa alma və armudunun qonşu Qazaxıstan ərazisindən Rusiyaya daxil olmasının qarşısını alıblar.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə nəzarət xidmətinin Omsk vilayəti üzrə bölməsindən xəbər veriblər.

"Beynəlxalq "İsilkul" avtomobil buraxılış məntəqsində 19,6 ton Polşa alma və armudunun Qazaxıstan Respublikası ərazisindən keçməklə Rusiya Federasiyasına daxil olmasının qarşısı alınıb", - deyə məlumatda bildirilir.

Meyvə bağlamalarını nəzarətdən keçirən xidmət əməkdaşları onların üzərində Polşaya məxsus etiketləri aşkar ediblər. Bütün yük saxlanılıb və Rusiya ərazisinə buraxılmayıb. Qaydanı pozan tərəf cərimə ödəməli olacaq.

Qeyd edək ki, Rusiya ilə Qərbin münasibətləri Ukraynadakı vəziyyətlə əlaqədar pisləşib. İyulun sonlarında AB və ABŞ ayrı-ayrı fiziki şəxlərə və şirkətlərə qarşı sanksiyalardan Rusiya iqtisadiyyatına qarşı tədbirlərə keçib. Rusiya da cavab olaraq ona sanksiya tətbiq etmiş ölkələrdən – ABŞ, AB ölkələri, Kanada, Avstraliya və Norveçdən ərzaq məhsullarının idxalına qadağa qoyub.

Tarix
2014.12.04 / 19:52
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla