İŞİD-in Suriyada əsir alınan jurnalist Ceyms Foleyin
edam görüntülərini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli
studiyasında lentə aldığı ortaya çıxıb.
Axar.az-ın məlumatına görə, bu iddia ilə Türkiyənin "Vətən"
qəzeti çıxış edib. Qəzetdə yer alan xəbərə görə, birdən-birə bütün
dünyada məhşurlaşan bu təşkilatın yaranması və fəaliyyəti digər
terror təşkilatlarından olduqca fərqlənir:
"İnternetdə bu təşkilatın MKİ-Mossad tərəfindən yaradılmış bir
layihə olduğu ilə bağlı minlərlə yazı oxuya bilərsiniz. Sui-qəsd
ekspertlərinin fikrincə, edam videoları studiyada hazırlanıb".
Qəzet 2010-ci ildə "Vaşinqton Post" dərgisinin bu barədə məlumat
verdiyini xatırladaraq, saxta videoların hazırlanmasının mümkün
olduğunu bildirib:
"MKİ 2010-cu ildə Əlqaidə lideri Üsamə bin Ladenə bənzər bir
aktyor vasitəsi ilə saxta video hazırlamışdı. Videoda bin Ladenin
içki içməyi və homoseksual olduğu əks olunurdu. MKİ bu videonu
İraqda yayaraq Əlqaidə daxilində parçalanma yaratmağa cəhd etdi.
Ancaq bu alınmadı. ABŞ kəşfiyyatında məqsədə çatmaq üçün saxta
video və fotoşəkillər hazırlamaq həmişə bir nəzəriyyə olub".
Həmin bənzər görüntülərin İŞİD üzərində də sinaqdan
keçirildiyini istisna etməyən qəzet terrorçuların maliyyə
qaynaqlarının olmasına da diqqət çəkir:
"İndi də bənzər nəzəriyyələr bütün dünyaya qorxu salan İŞİD üçün
keçərlidir. Bir anda yüzlərlə "Toyota" avtomobili ilə ortaya çıxan
bu qara bayraqlı adamlar necə oldu ki, öz dövlətlərini quracaq
qədər gücləndilər? Təşkilat üzvlərinə ayda 400 dollar verəcək qədər
böyük maliyyə gücünə necə sahib oldular? Tank və digər ağır
silahları Əsəd ordusundan aldılar və tez bir zamanda istifadə
etməyə başladılar: bunu necə öyrənə bildilər? Necə olur ki, dünya
mediası səviyyəsində və HD keyfiyyətdə videolar çəkə bilirlər?"
İŞİD-in əslində ABŞ-ın və İsrailin Yaxın Şərq hakimiyyətini
təmin etmək üçün yaradılan bir təşkilat olduğu iddiasının getdikcə
təsdiqini tapdığını deyən qəzet terrorçuların Mosulda bir məscid
önündə yerləşən meydanda edam etdiyi peşmərgə əsgərinin videosunda
da eyni texnologiyadan istifadə etdiyini qeyd edib:
"Görüntülərin studiya çəkilişi olması tam realdır. Yüksək
səviyyədə montaj olunmaqla bu sezilmir. Yaponlar İŞİD-in MKİ-nın
"greenbox" studiyasında illüstrasiya vasitəsi ilə videolar
çəkdiyini artıq sübut edib".