Yuxarı

Medvedyev: “Türkiyə heç vaxt AB üzvü olmayacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Medvedyev: “Türkiyə heç vaxt AB üzvü olmayacaq”

Rusiyanın Baş naziri Dmitri Medvedyev Ukraynanın Rusiyaya deyil, Avropaya inteqrasiya etməsini tənqid edib.

 

Axar.az xəbər verir ki, Baş nazir "Nezavisimiya qazeta" dərgisində çap olunan məqaləsində Ukraynanı Türkiyə ilə müqayisə edib:

 

"Ukrayna nə zaman Avropa Birliyinə girəcək? Türkiyədən sonra. Türkiyə nə zaman Avropa Birliyi üzvü olacaq? Heç vaxt…".

 

Ukraynanın yaxın gələcəkdə Avropa Birliyinə (AB) daxil olmasının mümkün olmadığını deyən Medvedyev AB-nin də bu ölkəyə asanlıqla qucaq açmayacağını bildirib:

 

"Avropa Birliyi Ukraynanı bərabər partnyor olaraq Avropa masasına dəvət etməyə tələsmir. Kənarda bir stola belə təqdim edilmir. Evlilik tarixi ala bilməyən "məzlum Liza" kimi…".

 

Türkiyənin AB ilə 51 il öncə üzvlük razılaşmasını imzaladığını deyən Baş nazir Türkiyənin də taleyinə aydınlıq gətirib:

 

"Nəticədə Türkiyə hələ də AB qapısının astanasında gözləyir. Viktor Çernomırdinə (1992-1998-ci illərdə Rusiyanın Baş naziri) Ukraynanın nə zaman AB-yə üzv olacağı soruşulanda "Türkiyədən sonra" demişdi. Yaxşı, Türkiyə nə zaman AB üzvü olacaq? Heç vaxt…".

 

Avropanın Ukraynaya yardım etməyəcəyini deyən Medvedyev ABŞ-ın təklif etdiyi planı məsxərəyə qoyub:

 

"ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni Marşal Planını xatırladan kömək təklifi edib. Ukraynanın təbii qaz ala bilməsi üçün 1,45 milyard dollara ehtiyacı var. Avropalılar Ukraynaya yardım edilməsi lazım olduğunu qəbul edir. Ancaq pul verməyə hazır olmadıqlarını söyləyirlər. Bu necə olur?"

Tarix
2014.12.15 / 17:46
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla