Yuxarı

Avropanın mərkəzində polis məntəqəsi qarət edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropanın mərkəzində polis məntəqəsi qarət edildi

Brüsselin Dü-Qublon küçəsindəki (Dansert rayonu) polis məntəqəsi qarət edilib. Oğrular asayiş keşikçilərinin bir neçə dəst formasını, əl qandalları və zirehli jiletlər aparıblar.

Axar.az xəbər verir ki, bu barədə Brüssel Prokurorluğu məlumat verib. Polis məntəqəsinin fasiləsiz işləməsinə baxmayaraq, oğrular daha fərasətli çıxıblar. Polis nümayəndəsi bildirib ki, onlar anbara kanalizasiya lyukundan daxil olublar. Əməkdaşlar oğurluq faktını anbara girəndə aşkar ediblər.

Bu insident çox ciddi hadisə sayılır, çünki polis uniformaları daha ciddi cinayətlərdə istifadə oluna bilər.

Polis ittifaqının mətbuat katibi Nikola Bekkers soyğunun əyləncə xatirinə törədildiyini də istisna etməyib. Onun fikrincə, oğrular karnavala polis forması geyinmək istəyiblər. O deyib: “Bu ciddi hadisədir. Ümidvaram ki, soyğunçular tezliklə yaxalanacaqlar”.

Oğrular anbardan polis formaları ilə bərabər, döş nişanları, əl qandalları və zirehli jiletlər aparıblar.

İlkin istintaq göstərib ki, siqnalizasiya sistemi lazımi məqamda işə düşməyib.

Tarix
2019.06.10 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla