Yuxarı

Kremlin ideoloqundan Qarabağ proqnozu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan Rusiya-Türkiyə yaxınlaşmasından qorxmamalıdır. Cənubi Qafqazda bu ölkələrin heç biri gərginliyin olmasında maraqlı deyil. Ona görə də Ankaranın Dağlıq Qarabağ məsələsində Rusiyaya təzyiq edəcəyini düşünmək mənasızdır. Baş verən bütün proseslər Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş formada qalacağını göstərir. Bu, Cənubi Qafqazın geosiyasi düzülüşündə mövcuddur. Mən heç bir təhlükə görümürəm".

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin deyib.

Duqin erməniləri narahat olmamağa çağırıb. Onun sözlərinə görə, Moskvaya söykənəcəyi təqdirdə Ermənistan üçün heç bir təhlükə yoxdur: "Əgər ermənilər fərqli oyunlar oynamağa cəhd etsələr, o zaman onlar üçün çətin olacaq. İrəvan bunu yaxşı anlayır və hazırkı kursdan sapmaq niyyətində deyil. Bu gün Ermənistan Rusiya müdafiəsi altındadır və Türkiyə-Rusiya yaxınlaşması İrəvanın maraqlarına təhdid deyil".

Kremlin ideoloqu hesab edir ki, Ankara-Moskva yaxınlaşması Qarabağ münaqişəsi, yaxud erməni-türk münasibətləri ilə bağlı deyil.

"Rusiya dünya hücumları qarşısında çətin vəziyyətdədir. Türkiyə də eyni çətinliklərlə üzləşir. Bu baxımdan iki ölkənin birgə hərəkətinə zərurət yaranıb. Türkiyənin Avrasiya İttifaqına daxil olmaq ehtimalı var. Belə olarsa, Ankara ən kəskin problemlərini belə həll edə bilər. Lakin bu yaxınlaşmanı İrəvan özünə qarşı hesab etməməlidir. Ermənistan Moskvaya güvənməlidir. Ən azından Azərbaycanla müharibə ehtimalı fonunda buna məcburdurlar. Ankara-Moskva yaxınlaşması Qarabağ üçün perspektiv vəd etmir. Qarabağ uzun müddət dondurulmuş münaqişə olaraq qalacaq", - Duqin bildirib.

Tarix
2014.12.19 / 15:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla