Yuxarı

Putin: “Rusiyanın gözünü qorxutmaq mümkün deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Kremldə təşkil olunan Federal Təhlükəsizlik Xidmətinin (FSB) ildönümü münasibəti ilə təşkil olunan mərasimdə çıxış edib.

Axar.az xəbər verir ki, Rusiyanın gözünün qorxudulmasının mümkün olmadığını deyən Putin qlobal vəziyyətin sabitlikdən xeyli uzaqda olduğunu bildirib:

"Təhdid və risklər davamlı olaraq artır. Beynəlxalq hüququ sayan yoxdur. Bütün ölkələrdə nəzarəti ələ keçirmək üçün şantaj, təxribat, iqtisadi və informasiya təzyiqlərindən istifadə edilir. Krım və Sevastopolun Rusiyaya birləşdirilməsi üçün bizim əvəz ödəməyimizi tələb edirlər. Bunu hamı bilir ki, heç kim bizi qorxuda bilməz. Rusiyanı heç kim təcrid edə bilməz. Heç kim bunu edə bilmədi və edə bilməyəcək də".

Əsrlər boyunca bunun təkrarlandığını, təkcə 20-ci əsrdə bir neçə dəfə təcrübədən keçirildiyini deyən Putin ölkəsinin ram edilməsinin heç vaxt mümkün olmayacağını bəyan edib:

"Biz bir qisim çətinliklərə hazır olmaq məcburiyyətindəyik. Suverenliyimizə, azadlığımıza və birliyimizə yönələcək təhdidlərə qarşı uyğun cavabı verəcəyik".

Tarix
2014.12.21 / 00:13
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla