Yuxarı

Putin Obamanı Moskvaya çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Obamanı Moskvaya çağırdı

ABŞ Prezidenti Barak Obama faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə Moskvaya dəvət edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov Moskvda keçiriləcək tədbirə Adolf Hitler əleyhinə birləşən ölkə liderlərinə dəvət göndərildiyini bildirib. Rəsmi dəvət ABŞ, Böyük Britaniya, Çin, Fransa və digər ölkə başçılarına ünvanlanıb.

Bundan əlavə, Uşakov Vladimir Putin və ABŞ Prezidenti Barak Obama arasında görüşün keçirilməsi ilə bağlı hər hansı danışıqlar aparılmadığını vurğulayıb.

Rusiya və ABŞ arasındakı münasibətlər Ukrayna böhranına görə korlanıb. Rusiyanın Qərbin tələblərinə riayət etməməsi ona qarşı sanksiyaların tətbiqi ilə nəticələnib. Sanksiyaların nəticəsidir ki, Rusiya hal-hazırda böhran dövrünü yaşayır.

Xatırladaq ki, 2010-cu ildə Obama faşizm üzərində qələbənin 65 illiyi münasibəti ilə keçirilən tədbirə də dəvət edilmişdi, ancaq ABŞ liderinin Rusiya paytaxtına səfəri reallaşmamışdı.

Tarix
2014.12.22 / 20:06
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla