Yuxarı

“Ədalətli deyil” sözünə görə 6 il iş aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ədalətli deyil” sözünə görə 6 il iş aldı

"Müsəlman Qardaşları" təşkilatının (İhvan) siyasi qanadı Azadlıq və Ədalət Partiyasının baş katibi Məhəmməd əl-Biltaci məhkəməni təhqir etdiyinə görə 6 il həbsə məhkum edilib.

Axar.az xəbər verir ki, hökm Misirdə inqilab nəticəsində devrilən Məhəmməd Mursi və 130 adamın mühakimə olunduğu məhkəmədə verilib.

Mühakimə qaynaqlarından verilən məlumata görə, paytaxt Qahirədə yerləşən Polis Akademiyasında yaranan qarşıdurma zamanı Mursinin 3-4 iyul 2013-ci ildə saxlandığı zaman yüksək rütbəli generalların səs yazısı aşkar olunub. Həmin səs yazısının istintaq materiallarında istifadə edilmədiyi bildirilir.

Məhkəmə zamanı Biltaci həmin CD formatında olan səs yazılarının araşdırılmasını tələb edib. Bundan sonra məhkəmə heyəti Biltacinin məhkəmə salonunu tərk etməsini tələb edib. Nəhayət, "ədalətli deyil" sözünü məhkəməyə təhqir olaraq qiymətləndirən hakimlər ona 6 il iş kəsib.

Daha sonra baş hakimin göstərişi ilə sözügedən CD-lərin araşdırılması üçün məhkəmə yanvarın 10-dək təxirə salınıb.

Tarix
2014.12.27 / 23:32
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

NATO Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etdi

İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması...

Azərbaycanın İrana cavabı necə olacaq? - Zülfüqarov

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Naxçıvana hücum sübut etdi: İranda qərar verən qalmayıb!

"Kamaz" sərnişin avtobusuna çırpıldı - Anbaan video

Bayramov Moldova XİN başçısı ilə görüşdü

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla