Yuxarı

Babacandan FETÖ-nun hədəfi olan eks-nazirə təklif - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babacandan FETÖ-nun hədəfi olan eks-nazirə təklif - Siyahı

2019.07.22 - 20:49

Keçmiş AKP-çi Əli Babacanın quracağı yeni partiya ilə bağlı mühüm məlumat yayılıb.

Axar.az xəbər verir ki, bu barədə danışan türkiyəli yazar Əli Bayramoğlu yeni partiyada yer alacaq adları açıqlayıb.

Bayramoğlu TV5 televiziyasında iştirak etdiyi "Sərbəst Fikir" proqramında Əli Babacan və Abdullah Gül tərəfindən qurulacaq yeni partiyanın ilkin heyətində Türkiyənin demokratikləşməsi və demokratikləşmə planlarının hazırlanmasında ən təsirli şəxslərdən Bəşir Atalayın yer alacağını bildirib.

Heyətdə Ədliyyə Nazirliyində mühüm şəxslərdən biri olmuş Sədullah Ərgih də olacaq. Bundan əlavə, siyahıda Konstitusiya Məhkəməsinin keçmiş sədri Haşim Kılıç, iqtisadiyyat və siyasət məsələləri üzrə olduqca rasional mövqeyi olan Nihad Ərgin də var.

***

Əli Babacanın keçmiş nazirlərdən Egemən Bağışa da təklif göndərdiyi iddia edilib.

FETÖ tərəfindən hədəf alındıqdan sonra uzun müddət heç bir vəzifədə yer almayan Bağışın Babacanın təklifinə müsbət yanaşmadığı bildirilib.

Qeyd edək ki, bir müddət öncə İYİ Partiyasının rəsmisi Aytun Çıray Bağışın Çexiyaya səfir təyin ediləcəyini iddia etmişdi.

Tarix
2019.07.23 / 00:40
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla