Yuxarı

Şok proses: Bütün münaqişələr bu yolla həll ediləcək? – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok proses: Bütün münaqişələr bu yolla həll ediləcək? – Video

12:38

ABŞ-la Danimarka arasında razılaşma baş tutsa, adada ABŞ qanunları işləyəcək.

Axar.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli Qrenlandiyanın satılması ilə bağlı məlumatlara münasibət bildirərkən qeyd edib.

O, ABŞ-ın Qrenlandiyanı almaq üçün irəli sürdüyü təklifin gələcək perspektivləri barədə danışıb:

“ABŞ-ın tarixində pulla torpaq alınması faktları çoxdur. Bu gün də Tramp Qrenlandiyanı almaq üçün Danimarkaya təklif irəli sürüb. Təklif maraqlıdır - ildə 600 milyon dollar ödəməklə müddətsiz icarəyə götürmək istəyirlər. Yəni ada de-fakto ABŞ-ın olacaq, amma de-jure Danimarkanın da haqqı-hüququ ada üzərində qalacaq. Razılaşma baş tutsa, adada ABŞ qanunları işləyəcək, ABŞ adanın tam hüquqlu icarədar sahibi olacaq, amma Qrenlandiya vətəndaşları Damimarka vətəndaşlığında qalacaq, ABŞ seçkilərində iştirak etməyəcəklər”.

N.Cəfərlinin sözlərinə görə, eyni yanaşma ilə Krım məsələsinin həllinə də hazırlıq gedir:

“Fikrimcə, digər konfliktlərə örnək ola biləcək mexanizm, presedent hazırlığına start verilib. Yəni məsələ tək Qrenlandiya deyil - eyni yanaşma ilə Krım məsələsinin həllinə də hazırlıq gedir. Rusiya Krımı "özəlləşdirmək" üçün Ukrayna ilə bənzər müqavilə bağlayıb, məsələni həll edəcək. Rusiya və Qərb birlikdə bu məsələni həll etməyi düşünür ki, Rusiya ilə yaxınlaşma başlasın və ümumi ciddi rəqibə - Çinə qarşı birgə səf tutsunlar”.

Politoloq bu üsulla Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi imzalanacağını bildirib:

“Çox güman ki, yaxın aylarda Rusiya G-8 formatına dönəcək, Ukrayna ilə sülh imzalanacaq. Donbas Kiyevin nəzarətinə qayıdacaq, amma Krımın "müddətsiz icarə müqaviləsi" prinsipi ilə Rusiyanın tərkibində qalması rəsmiləşəcək, əvəzində Rusiya hər il Ukraynaya pul ödəyəcək, ya da pulsuz neft-qaz verəcək”.

N.Cəfərli deyib ki, bu mexanizmin həmçinin, bütün post-sovet məkanındakı konfliktlərə tədbiq edilmə ehtimalı var.

Qeyd edək ki, bundan əvvəl “Vaşinqton Post” qəzeti Donald Tramp administrasiyasının Qrenladiyanın ABŞ-ın daimi mülkiyyətinə keçməsi üçün Danimarkaya ildə 600 milyon dollar təklif etməyə hazırlaşdığını yazmışdı.

Tarix
2019.08.22 / 14:55
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla