Yuxarı

AKP Türkiyəyə nə verdi? - 18 ilin hesabatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir siyasi partiyanın yaranması həmin dövrün mühiti ilə bağlı olan məsələdir. AKP Türkiyədə insan haqlarının, azadlıqlarının məhdudlaşdırıldığı dövrdə yarandı və qardaş ölkəni düşdüyü çətin dönəmdən çıxartmağı bacardı.

Bu sözləri Axar.az-a açıqlamasında Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının yaranmasının 18 illiyi ilə bağlı danışarkən qeyd edib.

O bildirib ki, bu partiya fəaliyyətə başlayanda bəlli idi ki, qalib gələcək və uğurlu işlər görəcək:

"Çünki ölkədə siyasi, iqtisadi sahədə ciddi böhranlar var idi. AKP isə yaranarkən bu problemləri aradan qaldırmaq, Türkiyəni azad və uğurlu gələcəyə aparmaq üçün inamla bəyanatlar verirdi. Bütün bu bəyanatlar xalqda ona qarşı inam yaratdı. AKP hakimiyyətə gələndən sonra verdiyi bütün sözləri tutdu. Ölkəni çox ağır böhrandan çıxarıb onu inkişafa doğru apardı. Partiya hakimiyyətə gəldikdən sonra ölkədə təhsil sisteminə çox önəm göstərildi və təxminən 130-a yaxın yeni universitet yaradıldı. Həmçinin, tibb sahəsinə də çox ciddi diqqət ayrıldı. Çünki AKP-nin hakimiyyətindən əvvəl ölkədə tibb sahəsində çox ciddi problemlər yaşanırdı. Xəstəxanaların vəziyyəti çox ağır idi. Amma göstərilən diqqət sayəsində bu gün Türkiyə tibb sahəsində inkişaf etmiş ölkələr sırasındadır".

R.Bəşirli AKP-nin hakimiyyətə gəldiyi ilk gündən Türkiyədə gedən hərbi-iqtisadi inkişafdan bəhs edib:

"AKP hakimiyyətə gəldikdən sonra Türkiyə iqtisadiyyatı günü-gündən inkişaf etməyə başladı. Ölkədə müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə çox güclü inkişaf getdi. AKP-yə qədər Türkiyə öz silahının 20 faizini istehsal edirdisə, Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlişindən sonra bu istehsalı 80 faizə qədər artırmağı bacardı. Həmçinin, insansız hava aparatları əvvəl İsraildən alınırdısa, AKP-dən sonra Türkiyə bu aparatları özü istehsal etməyə başladı. Bütün bunlar danılmaz faktlardır".

Baş redaktor AKP-nin terrora qarşı apardığı mübarizənin çox önəmli olduğunu bildirib:

"AKP-nin və Ərdoğanın bu gün terrorla mübarizəsi çox təqdirəlayiqdir. İllər boyu PKK təzyiqinə məruz qalan Türkiyə AKP-nin hakimiyyətə gəlişi ilə bu terror qruplaşmasına qarşı çox ciddi mübarizə aparır. Həmçinin, təkcə ölkə daxilində deyil, həm də ölkə xaricində də terrora qarşı ciddi mübarizə aparılır. Türkiyə ümumiyyətlə artıq dünyada öz sözünü deyən, maraqlarını ortaya qoyan və müstəqil siyasət aparan ölkəyə çevrilib. Beynəlxalq arenada söz sahibi olmaq o qədər də asan məsələ deyil, amma AKP-nin apardığı daxili və xarici siyasət sayəsində Türkiyə buna nail ola bildi. Hesab edirəm ki, Ərdoğan və AKP bundan sonra da öz uğurlu siyasətini davam etdirərək, qardaş ölkəni daha da inkişafa doğru aparacaq".

Qeyd edək ki, həftə sonu Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 18 ili təntənəli qeyd ediləcək.

Tarix
2019.08.23 / 21:50
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla