Yuxarı

18 min uşaq "Dorian"ın qurbanı oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
18 min uşaq "Dorian"ın qurbanı oldu

Birləşmiş Millətlər Təşkilatı (BMT) sisteminin idarələri Baham adalarının məruz qaldığı ən güclü qasırğadan - “Dorian” qasırğasından zərər çəkmiş region sakinlərinə yardımı artırırlar.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, BMT Uşaq Fondu (UNICEF) fəlakət zonasına 1,5 min ton ilkin zərurət əşyaları çatdırıb.

Qasırğadan əziyyət çəkənlərə sutəmizləmə həbləri, kanistrlər və digər əşyalar çatdırılıb. Humanitar yardım 9500-dən çox uşaq və onların ailələri üçün nəzərdə tutulub.

Düz bir həftə əvvəl Baham adaları 5-ci dərəcəli “Dorian” qasırğasına məruz qalıb. Abako və Böyük Baham adaları daha çox zərər çəkib. UNICEF-in məlumatına görə, təbii fəlakət nəticəsində bu adalarda bu və ya digər dərəcədə 18 min uşaq zərər çəkib. UNICEF əməkdaşları böyük çətinliklə Abako adaşına gələ biliblər. Onlar adanın viran qaldığını bildirirlər. Yollar, məktəb və xəstəxana binaları sıradan çıxıb. Şiddətli küləyin havaya qaldırdığı avtomobil və qayıqlar ağacların təpələrinə çırpılıb.

UNICEF-in Latın Amerikası və Karib hövzəsi üzrə regional direktorunun müavini Yusif Əbdül Cəlil deyib: ”Qasırğadan zərər çəkmiş qalmış uşaqlar və onların ailələri doğmalarını itiriblər, ev-eşiklərindən və yaşama vasitələrindən məhrum olublar. Onların cüzi miqdarda su və qida ehtiyatı var”.

Hazırda Baham adaları sakinlərinin təmiz suya ehtiyacı var, çünki onsuz da pis işləyən su təchizatı sistemi qasırğa nəticəsində lap bərbad vəziyyətə düşüb, daşqınlar səbəbindən dəniz suyu şirin suya qarışıb. Zərərçəkənlər ərzaq və müvəqqəti yaşayış yeri ilə təmin olunub.

Y.Ə.Cəlil UNICEF-in yardımı barədə danışaraq bildirib ki, “təmiz içməli su, xüsusən, ana və uşaqlar üçün ən qiymətli və həyat əhəmiyyətli yardımdır”.

Uşaq Fondu yenidən donor ölkələri Baham adalarının sakinlərinə yardım göstərmək üçün 4 milyon dollar ayırmağa çağırıb.

Ötən həftə Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) uçmuş dam örtüklərini əvəzləmək üçün Baham adalarına brezent çatdırıb. Dünya Səhiyyə Təşkilatının həkim briqadaları adalara gəliblər. Onlar tibbi yardım göstərir, habelə insanların gigiyena və sanitariya vasitələri ilə təmin olunmasına kömək edirlər.

Tarix
2019.09.09 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atıb - Rəsmi

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla