Yuxarı

Holokostdan sağ çıxmış ən yaşlı sakin öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Holokostdan sağ çıxmış ən yaşlı sakin öldü

XX əsrin ən dəhşətli cinayətləri sırasında yer alan Holokost milyonlarla insanın həyatına son qoyub. Holokost qurbanları arasında bütün məşəqqətlərə tab gətirərək sağ qalanlar sonradan dünya ictimaiyyətini bu bəşəri cinayətlər barədə məlumatlandırıblar.

Azərtac xəbər verir ki, Avstriyada Holokostdan sağ çıxmış ən yaşlı sakin 106 yaşında vəfat edib. Marko Faynqold (1913-2019) Avstriyada antisemitizm və antidemokratik tendensiyalara qarşı ən kəskin mübarizə aparan şəxslərdən biri kimi də tanınıb. 1913-cü ildə Avstriya-Macarıstan imperiyasının tərkibinə daxil olan Banska Bistritsada (indiki Slovakiya ərazisi) yəhudi ailəsində doğulan M. Faynqold 1938-ci ildə alman nasistləri Avstriyanı ilhaq etdikdən sonra həbs olunaraq əsir düşərgəsinə göndərilir. Müharibə başa çatanadək ən dəhşətli cinayətlərin törədildiyi düşərgələrdə (Auşvits, Noyenqamme, Daxau və Buxenvald) qalan M. Faynqold 1945-ci ildə azadlığa qovuşur.

Yaşadığı Zaltsburq şəhərində İkinci Dünya müharibəsinin dəhşətləri barədə mütəmadi seminarlar təşkil edən M.Faynqold onilliklər boyu yəhudi icmasının prezidenti kimi də fəaliyyət göstərir. O, ömrünün sonunadək 6 mindən artıq məruzə və seminar keçirərək, müharibə dəhşətləri barədə ictimaiyyəti məlumatlandırıb, ölkədəki antisemit, ksenofob və antidemokratik meyillərə qarşı maarifləndirmə fəaliyyəti göstərib.

Avstriyanın Federal Kansleri Briqitte Birlayn başsağlığı müraciətində bildirib ki, M.Faynqoldun vəfatı ilə yəhudi icması deyil, bütün Avstriya öz dəyərli vətəndaşını itirib.

Tarix
2019.09.20 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla